Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

iPhone4-də antena və ya süni yaradımış qara PR

Apple`in artıq canlı əfsanəyə çevrilmiş sub-brendi iPhone4 çıxar-çıxmaz qara PR-la üzləşdi. Deyilənə görə yeni telefonlarda antenanın şəbəkəni yaxşı görmə problemi var. Amma məncə bu Apple tərəfində yaxşı düşünülmüş gedişdir. Niyə?! Gəlin birlikdə niyələri sadalayaq.

  1. Əgər həqiqətəndə bu tip problem olsaydı, Stiv Cobs konfrans çağırmazdı (adətən bunu yeni texnoloji nailiyyətləri təqdim edəndə edir), sadəcə rəsmi saytda bu problemin mövcudluğu barədə yazılardı və onun həll edilmə yolları göstərilərdi. Konfrans çağırmaqla Apple guya təstiq etdi ki, onlar müştərilərə necə dəyər verir, hər bir mobil telefonda mövcud olan problemə belə həmən reaksiya verirlər.
  2. iPhone4 üçün antena problemi satışa təsir edəcək problem deyil — irəliyə gedən 100 minlərlə sifarişlər var.

Bəs nəticədə Apple nə əldə etdi? Nəticədə Apple guya super “customer-care” mövcudluğunu göstərdi və növbəti dəfə rəqiblərini qaralamaq üçün şans əldə etdi. Necə Stiv hər yeni Apple laptoplarının təqdimatında Sony Vaio`nu alçaldır, bu dəfə Apple əlinin altına Samsung, Blackberry, HTC və Nokia düşdü.

Aşağıdakı videolara tamaşa edin:

Apple iPhone4

Samsug Omnia II

Nokia N97

HTC Droid Eris

Blackberry Bold 9700

Onuda qeyd edim ki, sırağagün iPhone4-ü şəxsən test etmişəm.  Azərbaycan mobil şəbəkəsində (Azercell şəbəkəsində test edilib) antena ilə heç bir problem yoxdur.

Problem — microsimcard söhbətindədi, onuda məcbur olub adi simkartı qayçı ilə kəsib doğramaq lazımdı (ölkəmizdə heç bir operator hələlik microsimcard`ların dəstəkləmir), birdə qiyməti — 1600 manat (hardasa 1920 USD).

Mövzuya dair forumda müzakirələr ↓
iPhone4-də antena və ya süni yaradımış qara PR

Rəy əlavə edin

MURANO 555

Men hele indi Ayfon3G ni ishledirem siz uje Ayfon4den danishirsiz. Gorunushu bu telefonun nese xoshuma gelmir.

26 July, 2010

Maga

Super gorunushu var, amma bu telefonu elde etmekden duzu bir az cekinirem qiymetine qore yox, radiasiyasi cox gucludur…duzdu buna baxmayaraq milyonlarin beyendiyi smartfondur.

27 July, 2010

Ayaz Quliyev

Konkret olaraq deyim ki, Qara PR olduğunu bilirdim. Ama Pərvin bəy də sağolsun ki, bu barədə ətraflı yazıb. iPhone 3G işlədirdim, satıb əldən çıxardım. Əslində iOS biyabırçı gündədir. Bluetooth problemi və daha nələr. Ancaq HTC Desire işlədirəm və sizlərə də məsləhət görürəm. Superdi. Android OS üçün kiçik bir proqram da yazdım, çox xoşuma gəldi. Desire-nin performance-ı filan super olsa da, bircə əskikliyi videocall üçün kamerasının olmamasıdır. iPhone4-də isə öndəki kamera, 3G videocall üçün istifadə oluna bilməz. Sadece wifi-də istifadə üçündür. Bu da gülməlidir. Apple bu gün sadəcə düz gedən maşın istehsal etsə, Apple xəstələri deyəcək ki, “Maşın düz gedər də, dönməyə nə ehtiyac var?”.

1 August, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom