Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan İnternetində nələr baş verir (№1)

İndən belə vaxtım olduqca Azərbaycan İnternetində baş verən hadisələri təhlil edib Sizlərlə bölüşməyə çalışacam.

Avqust ayının ən bəd xəbərlərindən Azərbaycan İnternet məkanının ilk Azərbaycan dilli forumlarından birinin bağlanması xəbəri oldu. Fikrini.de domeni altında fəaliyyət göstərən forum kifayət qədər Azərbaycan dilli intellektualları birləşdirirdi… Amma görünür özlərini çölə qoyanlar, səviyyəsizliyin son həddində oturub səviyyədən dəm vuranlar, ruhi xəstələr və anonim xoşnamuslar Fikrini.de forumununda sonuna çıxdılar. Yoxsa Administrator bu kimi təsirli yazı yazıb, forumu bağlamazdı:

fikrini.de

Yazını olduğu kimi təqdim edirəm (mənbə):

Salam, fikirşünaslar. Dünən həyatımın növbəti əsas qərarlarından birini verdim. Forum açılmayacaq! Elmar serverini bərpa etdikdən sonra bəlkə imkan oldu bütün yazıların arxiv kimi qalmasına, amma “fikrini.de” fəaliyyətini bir daha bərpa etməyəcək! Domeyn satılmır və heç kimə də kirayə verilmir, mənim şəxsi mülkiyyətim olaraq qalacaq.

Bəsdir daha onun-bunun nazını çəkdiyimiz, bəsdir daha boş yerə əsəblərimizi sərf etdiyimiz. Mənə deyən lazım idi ki, öz anasına, onun dilinə hörmət etməyən yoldan keçənlərə bu qədər zaman, əsəb, pul niyə sərf edirsən ki. Odur ki, bu fasilə-serverdəki problem, sən demə, xeyrə imiş. Həm də ötən həftə təsadüfən öyrəndim ki, daşım heç təsəvvür belə etmədiyim adamların da başına düşüb. Biri vaxtımı alır, digəri əsəblərimlə oynayır, başqa birisi pulumu götürüb aradan çıxır, digəri gəmidə oturub gəmiçi ilə dalaşmaqdan zövq alır və s. s. s. Bütün bu 5 illik fəaliyyəti boyu forumun mənə vurduğu maddi və mənəvi ziyan Vətən həsrəti ilə çırpındığım və divarlarına qısılaraq təsəlli tapdığım anlardan milyon dəfə çoxdur. Odur ki, əlvida, fikrini.de və fikrini deyənlər!
Forum ailə həyatımda narazılıq mənbəyi olan yeganə obyekt idi. Ailəm mənim üçün hamıdan və hər kəsdən üstündür. Foruma sərf etdiyim enerji və vaxtımı ailəmə, işimə həsr edəcəyəm. Ən əsası, artıq Bakı səfərlərimdə görüşmək məcburiyyətim olmayacaq heç kimlə. Bir neçə gün sonra burdan və eləcə də bütün messencerlərdən forum vasitəsi ilə tanıdığım və əlaqələrimin davam etməsini arzulamadığım bütün yoldaşları da siləcəyəm. Hamınıza uğurlar!

Göründüyü kimi insanı cana yığıblar. Ümumiyyətlə qonşu yazıda da qeyd etdiyim kimi Azərbaycan internetinin bəlası — başqasının uğurlarına kütləvi eqoizm, xainlik, imkan olsa birazda “samoreklama” və “mənəm-mənəmlik”dir. Bu yazını mən ümumiyyətlə Azərbaycan İnternetinin fəryadı adlandırardım.

Xoşnamusluqdan söz düşmüşkən, bu ay ana-bacılarını çölə qoyanlar indidə yerli sayt rəhbərlərini hədəfə alıblar. Müxtəlif tanışlıq saytlarında sayt rəhbərlərinin şəkillərini, telefon nömrələrini qoyub, onları təhqir edirlər… Aldığım məlumata görə xoşqeyrətlərin hərəkətlərindən artıq onlarla sayt rəhbərləri ziyan çəkib. Ziyan deyəndə — pərdə altında gizlənib, anonim olaraq onun bunun şəkilindən istifadə özü-özlüyündə acizlik və yazıqlıq əlamətidir. Belələrinə axı küçə söyüşündən başqa nə deyəsən?!… Heçnə… Odur ki, onların fəaliyyətini hüquq mühafizə orqanlarına tapşırıb, biz müşahidələrimizə davam edək.

Müşahidələrimi isə xüsusi olaraq Müqəddəs Ramazan ayı üçün hazırlanmış kiçik, amma faydalı bir proqramla davam edirəm. Kataloq.net saytın hazırladığı kiçik bu proqram (vidget) əslində böyük bir iş görür — namaz vaxtı göstərilir, özüdə müəyyən şəhərlər üzrə (əfsuslar olsun bütün rayonlar qeyd olunmayıb, yagin yeni versiyada buda həllini tapar). Mənim bu vidgetdə ən xoşuma gələn isə iftara nə qədər vaxtın qalmasını göstərməsidir. Bəyənilsin.
Vidgeti buradan yükləyə bilərsiniz.

Deyirlər “Sosial Yeniliklər Düşərgəsi” gəlir. Saytlarına daxil olub, bunun nə olduğu ilə maraqlandım. Amma bu sosial yeniliklərin nə olduğunu, mən bu işin içində olan adam anlamadım, təsəvvür edirəm sadə istifadəçilər nələr çəkir. =) Yagin “Barama” tipində bir şey olacaq, bu dəfə “İrəli”-dən. Hər halda yenilikdirsə, xeyirli olsun. Yeniliklər İnternet məkanımıza lazımdır.
Saytları bu ünvandadı, bəlkə Sizdə nəsə alındı. =)

Yeniliklər demişkən, bu gün mənə maraqlı bir link göndərdilər, elektron jurnaldı. İnternet istifadəçilərin maraqlandıran ən aktual suallar və onlara cavablar bu jurnalda təqdim olunur. Maraqlı başlanğıcdı. Xoşuma gəldi, əsasəndə “copyright” hissəsi — e-Hacı. Çox kreativ seçimdi. Elektron Hacılar erası başlayır, dəstəkləyirəm.
Jurnalı sizdə buradan yükləyə bilərsiniz.

Və sonda… vBulletin 4-ün bizə verdiyi əzablara baxmayaraq, Fox.AZ saytının forumuna tam yeni tərtibatda  start verdik. Xatırladım ki, Fox.AZ Forumu Azərbaycanda ilk ana dilində fəaliyyət göstərən forum olmaqda davam edir. Forumda bir çox məsələlərə dair müzakirələr aparılır… İndi qaldı Fox.AZ-ın ümumi səhifələrinə əl gəzdirmək. İrəli gedib onuda qeyd edim ki, Fox.AZ portalının yeni inkişaf strategiyasına əsasən tezliklə hal-hazırki və şəxsən mənimdə bəyənmədiyim bloq-versiyanın fəaliyyətinə xitam veriləcək, əvəzində isə tam yeniləmiş və gənclər üçün nəzərdə tutulan informasiya-əyləncə portalı fəaliyyətə başlayacaq. Artıq bu yönümdə işlərə başlanıb.
Forumda müzakirələrə qoşulmaq üçün bura tıklayın.

İstilərə və Avqust ayının passiv olmasına rəğmən, Azərbaycan İnternet məkanı üçün 3-4 gün ərzində kifayət qədər tutarlı xəbərlər var. Görək başımıza nə gəlir.
Allah köməyimiz olsun!

Rəy əlavə edin

Rəşad Mehbaliyev

Salam, Pərvin,

İlk öncə Sosial Yeniliklər Düşərgəsinə yer ayırdığın üçün çox sağ ol!

Qeyd etməliyəm ki, tədbiri İRƏLİ etmir, tədbiri “Transitions” təşkil edir, İRƏLİ isə tədbirin tərəfdaşıdır.

Sosial Yeniliklər Düşərgəsi çox maraqlı formatda bir tədbirdi, tədbirin əsas mahiyyəti maraqlı ideyaların 2 gün ərzində reallaşdırılması və qalib ideyaya mükafatın verilməsi müsabiqəsidir.

Tədbirin haqqında nə qədər məlumat verilməsindən asılı olmayaraq indiyə qədər bu tipli düşərgələrdə iştirak edənlər də deyirlər ki, Sosial Yeniliklər Düşərgəsində canlı iştirak etməsən, mahiyyətini başa düşmək olmur. Ona görə səni çox gözəl başa düşürəm.

Tədbirin ana xətti belədir:
Tədbirə 2 formada qatılmaq olur: ideya sahibi kimi və iştirakçı kimi. İdeya sahibləri ətrafına müvafiq qabiliyyətlərə malik iştirakçıları (proqramçı, koder, developer, dizayner, marketoloq, bloqçu və s.) yığıb layihəni reallaşdırırlar. Münsiflərin ən çox bəyəndiyi layihə qalib olur. Layihələr üçün ən vacib şərt sosial tələbatlara cavab verən və ya sosial problemin həllinə yönəlmiş olmasıdır.

Bu şənbə bütün maraqlananlar üçün görüş təşkil edirik, buyurub gələ bilər istənilən adam: http://1.syd-az.net/elanlar/gorush2

17 August, 2010

Fuad Fahmin

salam aleykum. Əvvəla sizə təşəkkür edirəm ki, bu yazını dərc edib, forumun bağlanmasından xəbərsiz olan fikirşünasları məlumatlandırdız. Mən fikrini.de-nin çox da qədim sayılmayan sakinlərindənəm. Fikrini.De-də “Fuad” niki ilə müzakirələrdə məmnuniyyətlə iştirak etmişəm. Məmnuniyyətlə sözünü dönə-dönə qeyd etmək istərdim, çünki həmən forumda olan “şirin”liyi (red.sözün əsl mənasında) başqa heç bir forumda hələ də görmürəm. Və ümidvaram Şəms xanım fikrini dəyişə. PS: baxmayaraq ki, son dönəmdə ban olmuşdum, ancaq hər halda forumun açılmasını və sağlam müzakirə aparılan virtual məkanın yenidən fəaliyyətə başlamasını ürəkdən istəyirəm. Şəms-in yazısı öz növbəsində mənə də çox təsir etdi. Və bu kimi mənfi hadisələrin cərəyan etməsi inanmıram ki, əvvəlki (həqiqi) fikirşünaslardan kimisə sevindirə.
Fikirşünaslardan kimsə əlaqə saxlamaq istəsə, fahmin@box.az adresinə məktub ünvanlaya bilər.

5 February, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom