Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan İnternet məkanı. Anti-inkişaf faktorları

Nəyə görə Azərbaycan İnternet məkanında hələdə tutarlı biznes layihə yoxdu?! Niyə? Gəlin səbəbləri bir-bir araşdıraq.

Faktor 1 — Diqqətsizlik

Azərbaycanda “İnternet” ümumiyyətlə uşaq işi sayılır — neft pullarının sağa-sola xərcləndiyi bir vaxtda heç kim “uşaq” işi ilə ciddi məşğul olmaq istəmir.

Faktor 2 — Maliyə çatışmamazlığı
Yuxarıda göstərilən faktor nəzərə alındıqda, İnternet məkanımızda layihələrin dəyəri yüz minlər-milyonlarla deyil, ən yaxşı halda on minlərlə USD ilə ölçülür. Belə olan halda həm layihələrin həcmi tutarlı dərəcədə kiçilir, həm büdcəsi milyonlar olan əcnəbi saytlara keyfiyyətdə və xidmətin göstərilməsində, istifadəçiyə çatdırılma səviyyəsində uduzur.

Internet

Faktor 3 — Uğurlarımıza qarşı kütləvi eqoistlik
Azərbaycan xalqının yüz illərlə müxtəlif imperiyaların əsarəti altında qalması, xalqımızın özünə dəyər verməməsinə, “kölə” təfəkkürünün yaranmasına gətirib çıxarıb. Gurultulu bir layihə yaratsan belə, bizim xalq həmən bunu özgəsi ilə müqaisə edib, özümüzünkini alçaldacaq, xoş sözlər əvəzinə acılayacaq. Özüdə bu kütləvi halda baş verir… Bundan sonra layihə yaradıcıları məyus olmasın?!

Faktor 4 — Bizim xalq üçün “özgə malı daha şirindi”
Ümumiyyətlə, xalqımızın özgə malına meyli olmasıda burada əsas yer tutur. Eyni səviyyəli xidmətlər həm bizdə, həm əcnəbilərdə olduğu zaman, hər kəs nədənsə əcnəbi xidmətlərdən istifadəyə üstünlük verir. Yagin özgə malı dadlı olur, yada burada primitiv biganəlik, eqoistlik, qonşunun qabağa getməsini istəməmək prinsipi üstünlük təşkil edir… Hələ böyük şirkətlərimizin “böyük” layihələrin əcnəbilərə tapşırılmasını demirəm…

Faktor 5 — Kiçik dövlət, kiçik bazar
Azərbaycanın kiçik, hətta deyərdim miniatür bir dövlət olmasınında burada öz rolu var. Belə ki, Rusiya İnternetində adi bir sayta gün ərzində 50 min istifadəçinin daxil olması normal sayılırsa, Azərbaycanda bu yalnız top saytlara qismət olur, oda nəsə qeyri adi bir hadisə baş verdikdə.

Faktor 6 — Kölə təfəkkürünün yaratdığı növbəti problem — öz dilimizi bəyənmirik
Azərbaycan İnternet məkanında tutarlı bir sayt açmaq üçün, ilk öncə saytı Azərbaycanca deyil, rus (!) dilində açmaq mütləqdir. Çünki, hər kəs hesab edir ki, sayt rus dili olduqda, o daha “prestijnı” olur, “elitar təbəqə”, “ziyalılar” istifadə edir”…

Faktor 7 — Tənbəllik faktoru
Ümumilikdə biz çox tənbəl, çox yeyən və istirahəti sevən bir xalqıq. Nəzərə alsaq ki, səviyyəli sayt yaradılmasına titanik səylər tələb olunur, onda bu saytların yaradılması qenetik cəhətdən bizlik deyil. =) Amma bizim milləti qınamalı deyil, neft pulları bizi ərköyünləşdirib — veb texnologiyalara sərf etdiyi vaxtın 10%-ı digər aktual sahələrə sərf etsə (məsələn tikinti sektoru), həm 100 qat daha çox pul qazanar, həm istirahətindən qalmaz.

Faktor 8 — İnternet qoşulmanın fantastik qiyməti
Nə qədər rəsmilər and aman etsələrdə, Azərbaycanda İnternet qonşulara nisbətdə hələdə fantastik qiymətə satılır. Məsələn, biz 20 manata (24 USD) cəmi 1024 kbsp sürətdə ADSL-ə qoşula bilərik, amma qonşu Gürcüstanda həmən sürət bizim pulla maksimum 6,8 manatdır (8 USD)!

Faktor 9 — Hər birimiz bir dahiyik?!
Azərbaycanlıların daha bir xüsusiyyəti — fərdilikdir. Hər kəs özünü dahi, hər kəsdən üstün hesab etməsi ona gətirib çıxarıb ki, nəticədə heç kəs sağlam tənqidi qəbul etmir, öz üzərində işləmir və ortaya aşağı səviyyəli bir məhsul qoyub onu premium hesab edir… Biz sözlə yerimizdə çobalayırıq.


Faktor 10 — Birliyin olmaması
Burada da fərdlik faktoru öz rolunu oynayır. Biz bir kollektivdə işləməyi, bir yerdə nəsə yaradıb irəli getməyi deyil, hər zaman fərdi olaraq öz şirkətimizi qurmağa, hər şeyin özümüzə aid olmasına çalışırıq. Amma unuduruq ki, güc əslində birlikdədi, “fərdi” olub sıradan biri olmaqdansa, “bir olub” lider olmaq daha yaxşıdı.

Nəticə — Əgər bütün bu sadaladığım faktorların 1/3-i adlaya bilsək, fikrimcə bizi dəyərli layihələr gözləyir… Deməli, ya gərək gecələr belə yatmayıb öz üzərimizdə işləməliyik, yada neft pullarının hesabına sürünməkdə davam etməliyik, hər şey özümüzdən asılıdır.

Nə deyim, Allah köməyimiz olsun!

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları)

Rəy əlavə edin

FAN

Mence esas faktorlardan biri maliyye catishmamazligidir.

4 August, 2010

Elnur

seckileri nece tapim bura deywilib,axtaris ucun

11 August, 2010

Orxan Abdullayev

bu yazini sosial webekede yaymaq olar??

11 August, 2010

GEnext

Orxan Abdullayev, yaymaq olar. Amma yuxarıda göstərilən sosial şəbəkələrdə paylaşmaq vasitəsilə (məqalənin sonunda “← Xoşuna gəldi? Yazı ilə dostlarınla bölüş” yazısının sağında), bloqa link (keçid) qorunmaq şərti ilə.

11 August, 2010

Nəbi Əsədli

Suret ve tarif meselesiyle sizinle tamamen razi amma dil meselesiyele yox eger daxili istifadecilere nezere tutulubsa tebii ki ba ancaq ana dilinde olmalidir (en azi qanunlar bele teleb edir) yox eger bu muhum informasiyadirsa ve xalqimizin dushduyu belalardan onun kecdiyi tarixi merhelelerden olkenin duneni bu gunu duneni ve s. haqda movzular olacaqsa yaxshi olar butun beynalxalq dillerde o cumleden rus dilinde yaradilsin saytlar

17 August, 2010

Anar

Fikirleriniz duzgun deyil, her sheyden evvel sizin tutarli ideyaniz olmalidir, yalniz bundan sonra istenilen “ushag ishi” ugur getirer. Oz ishinizle meshgul olun, ne ishiniz var kimlerinse fikrinde. Hem de tengid ne geder chox olarsa, ugur o geder tez geler. Internet giymetine geldikde ise, Avropada internetin giymeti bizden de bahadir, hem de normal biznes sheraitinde bu kichik meblegin hec bir ehemiyyeti olmur. Istifadechiye geldikde ise, eger bizde wap-auditoriya web-auditoriyadan daha choxdursa ve mobil interentin giymetini nezere alsag, onda istifadechilerimizin sizin deyerli resursunuza gore problemi olmali dxaleyil. Her halda ozunuz hagginda danishin, xalgimiz hagginda deyil.Ugurlar.

8 November, 2010

GEnext

Anar bəy, dəyərli fikirləriniz üçün minnətdaram, amma xalqın hər bir nümayəndəsi təmsil etdiyi xalq barəsində fikirləri ilə bölüşə bilər. Hər halda demokratik cəmiyyətdə bu mümkündir.

Başqa məsələ ki, kimsə totalitar rejimlərin nümayəndəsi kimi heç bir tənqidi qəbul etmir və bunu mənə irad tutur. Anlayıram.

Sizədə uğurlar.

8 November, 2010

Orxan Mammadov

5, 9 və 10-cu faktorları çox gözəl vurğulamısınız.

28 November, 2010

Hər şeydən bir.az və ya Pərvin Şükürzadənin bloqu » Niyə böyük İnternet layihələrimiz yoxdur?!

[…] mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı […]

23 December, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom