Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycanı əcnəbi ölkələrdə “layiqli” təmsil edirik…

Axır vaxtlar hər kəsin əcnəbi ölkələrə can atması yaman dəbə düşüb. Can atmaları bir yana, gedib “layiqli” təmsil etmələri adamı lap qıcıqlandırır.

Elə bu günlərlə elektron yayım vasitələrində belə bir xəbər çıxdı ki, bəs Azərbaycan “şou-biznesi”ni Türkiyədə təmsil edən, rkada-çkada musiqisini ifa edən, guya xalqın artisti olan Brilliant xanım Dadaşova növbəti dəfə “quşlayıb”.

Brilliant Dadaşova

Belə ki, o bir TV verlişdə qonaq olarkən aparıcıya təklif edib ki, bəs ayaqlarını yuduzdurmaq istəyirsənsə, bir Azərbaycan qızı al… Buda “xalq artistinin” bizi təmsil etməsi və ölkəyə, Azərbaycan qadınına qoyduğu hörmət… Əhsən.

Xatırladım ki, o bundan qabaqda Türkiyə kanallarının birində “rastamojkasız” afadə işlədib. Türkiyə gələrkən niyə ərinizlə gəlməmisiniz sualına, o qonaq ölkəyə öz samovarınla gəlməzlər cavab verib. =)

Ölkəmizi “xalq artistinin” bu cür təmsil etməsindən sora, göbələklərin hoqqalarından day danışmağa dəyməz. Kölə millətin kölə təfəkkürü…

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanı «əcnəbi ölkələrdə» təmsil edirik…

Rəy əlavə edin

FAN

Son dovrler bu xanimin bele qushlamalari meni cox esebleshdirir. “ayaqlarını yuduzdurmaq istəyirsənsə, bir Azərbaycan qızı al” ifadesi Briliantin Azerbaycan xanimlarina nece qiymet verdiyini gosterir. Eger xalq artisti (dilim de gelmir bu sozu demeye) bele ifade ishledirse ecnebilerden hansi hormeti gozleyek?

6 August, 2010

Farid Shukurzade

Hayif o xalq artisti adındankı o adı Brilliant Dadaşova daşıyır

6 August, 2010

Hmm

Məncə isə o doğurdan da səhv deyib, çünki ərivin ayaqlarını yumaq bəyəm utanc duyurucu hissdir ?!?!?? Məncə bu doğurdan da qururludur, amma bizim qadınlarda belə bir şey yoxdur, bəlkə olub… amma indi yoxdur… Bilirsiz niyə çünki indi moda başqadır “avropalaşma” dövrüdür, handakı mən avropada ola ola bizim “avropa” dediyimizdən əsər əlamət görməmişəm. Amma avropa qadını başqadır, ozüm bir neçə vaxt bir avropalı qızla yaşadım, bilirsiz bizim qızlardan fərgli olaraq tez-tez evdə çörək yeyərdik, danışanda kitablardan danışardıq, lazımı gəlsəydi də ayağlarımı da yuyardı, ona görə ki yox mən ondan böyüqəm, kişi cinsindənəm və ya başqa bu fason absurd fikirlər. Ona görə ki bizim aramızda hörmət var idi.
Azərbaycanda indi belə işlərə pis baxıllar. ABSURD.
Brilliant Dadaşova Azərbaycan qadının markasına bir gədərdə ucaltmaq istəyəndə, ona qarşı belə fikirlər yazıldı, ZOR ƏSƏN !!

21 August, 2010

jurnalist_qiz

hörmətli hmm, sizin yazınızı oxudum və bildirmək istəyirəm ki, “bizim qızlardan fərgli olaraq tez-tez evdə çörək yeyərdik,” ifadənizi çox absurd gördüm. çünki hamı bilir ki, evdə yemək bişirmək elə Azərbaycan xanımlarına məxsusdur. əgər sizin qarşınıza beləsi çıxmayıbsa deməli yaxşı zövqə sahib deyilsiniz. birdəki, yazdığınızı keçmiş zamanda yazmısınız əgər belə ürəyinizə yatmışdısa Azərbaycan xanımından fərqli olan Avropa xanımı ilə yaşayın. bizə isə öz növbəmizdə Azərbaycan kişisini razı salmaq düşər.

14 September, 2010

Gunay Ali

“Kölə millətin kölə təfəkkürü…” – bir az çox ağır olmadı??

25 September, 2010

GEnext

Gunay Ali, yazınızda özünüzü inkar edirsiz “bir az” hara, “çox” hara.

25 September, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom