Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Elmlər Akademiyası “kamran-p@tux” domeni altında?!

Bu günlərdə Milli Elmlər Akademiyasının saytın axtarırdım. Həmişəki kimi Google-da sorğunu yığdım və nəticə məni şoka saldı.

Nəticə isə onu göstərir ki, bəs http://kamran-petux.da.ru domen adı altında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının rəsmi veb səhifəsi yerləşir.

Sözü gedən saytın kodun biraz analiz etdikdən sonra məlum oldu ki, bu sadəcə freymdi, faktiki olaraq sayt science.gov.az veb ünvanına yönlənir. Məsələ ilə bağlı müraciət etdim Google-a, “Milli Elmlər Akademiyası” sorğusunda kamran-petux.da.ru saytının ləğv edilməsi ilə bağlı. Səbəb — Azərbaycanı alçaltmaq cəhdi və faktiki saytın olmamağı (yalnız qeyd etdiyim kimi yönləndirici freym var). Sağolsunlar, bir həftə ərzində biabırçı domen adı sorğu nəticəsindən yığışdırıldı.

Elmlər Akademiyası

Amma… Amma bilmirəm bu kiminsə şəxsi qərəzliyi idi, ya ironiyası… domen adı elə Azərbaycan elminin hal-hazırda hansı səviyyədə olduğunun göstərici idi — universitet və məktəblərdə açıq-aşkar rüşvətxoluğun tüğyan elədiyi, heç bir elmi nailiyyətlərin olmadığı bir vaxtda, Azərbaycan elminə elə bu tip domen yaraşır.

Mövzuya dair forumda müzakirələr ↓
Elmlər Akademiyası «kamran-petux» domeni altında?!

Rəy əlavə edin

Ayla Güneş

Valla domen momen bir şey anlamadım ama,
kim eleyibse eceb eleyib cavabını özünüz son setirlerde vermisiz 🙂

10 August, 2010

Hemin Oqlan

salam. bu linki oz facebook’umda yerleshdiridim. dushunurem buna icaze gerek deyil, amma xeberdar edirem ki, istifade etdim.
hormet Hemin Oqlan.

16 August, 2010

Nəbi Əsədli

Pərvin və Ayla sizle razılaşa bilmərəm AMEA çox mötəbər bir təşkilatdır orda Azərbaycan elminin böyük şəxsiyyətləri fəaliyyət göstərib və göstərirlər bu sadəcə kiminsə provakasiyasıdır. Rüşvətxorluq isə sadəcə Elmlər Akademiyasında işləyənlərə şamil etmək olmaz bu hal butun sveralarda var. Və bu rüşvətxorluğun olmasına elm fədailəri heç bir əlaqəsi yoxdu bu hökümətin günahıdır.

17 August, 2010

Ramin Qasimov

Hörmətli Pərvin,

Bloqunuza ilk ziyarətimdir. Maraqlıdır. Yalnız qeyd etmiş olduğunuz mövzuda bildirmisiniz ki artıq KAMRAN-PETUX domain adı işləmir. Amma yenədə aktivdir…

20 August, 2010

GEnext

Mən qeyd etmişəm ki, Google-da Akademiyanı axtardıqda sorğu nəticəsi kimi ilk olaraq biədəb domen adının çıxmamağına nail olmuşam, domeni tam pozdurmaq mənim ixtiyarımda deyil. Dövlət orqanları bir maraqlansınlar.

21 August, 2010

jurnalist_qiz

budur da düşmənlərin bacardıqları. AZƏRBAYCAN var olub OLACAQ DA!

14 September, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom