Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azercell. Bakcell. Nar Mobile. GPRS İnternet

Qonşu yazıda qeyd etdiyim kimi, bu günlərdə cənub bölgələrimizdə oldum. Hər üç nömrəmi (Azercell, Bakcell, Nar Mobile) özümlə götürüb 3-4 gün İnternetsiz günlərimdə telefondan hər 3 operatorun təqdim etdiyi GPRS xidmətindən faydalanıb, test etmək qərarı verdim.

Başlayaq Azercell-dən. Yeni telefona nömrəmi qoşan kimi GPRS və MMS ayarları həmən aldım. İnternet bağlama ilə heç bir problem yaranmadı. Sürətlidir. Düzdü bəzən “tormozlayır”. Amma bu telefonluqda ola bilər. Fikrimcə Azercell-in təqdim etdiyi GPRS-in əsas çatışmamazlığı — traffikin baha olmasıdır.

GPRS

Bakcell. Yeni telefona nömrəni qoşarkən Azercell-dən fərqli olaraq heçnə almadım. Amma ayarları sadəcə 5950 qısa nömrəsinə boş mesaj göndərməklə əldə etdim. Elə həməndə İnternetə qoşuldum. İnternet qoşulma Azercell-dəkinə nisbətdə zəifdir, amma maliyyə baxımından Bakcell-in təklif etdiyi GPRS qoşulma daha sərfəlidir.

Nar-ı test etmək vaxtı gəldi. Nar nömrəni telefona qoşdum, amma burada da avtomatik GPRS və MMS ayarlar almadım. Qərar verdim ayarları Nar Mobile sim bələdçisi vasitəsilə axtarıb tapım. Girdim bələdçiyə, oradan “Men ve Nar Mobile” menusunu seçib daxil oldum bölümlərə. Burada “Ayarlar” bölümüdə var idi… Ona tıkladım və “DATA ve MMS ayarlar”-ı seçdim. Mobil telefonumun modelini daxil etmək təklif olundu — etdim. Cavabında mesaj aldım “Telefonun modeli yanlis daxil edilib. Bu ardicilliq ile daxil edin: (istehsalci) bosluq (model), (ayarlarin novu)”. Heç bir nümunə göstərilməyən quru və faydasız mesaj. Deyilən kimi etdim. Telefon istehsalçısı və modeli göstərdikdən sonra vergül qoyub “WAP” yazdım. Axı mənə GPRS (wap) ayarlar lazım idi… Cavabında yenə eyni mesajı aldım. Digər oxşar telefon modelinin adını qeyd etdim, göndərdim — eyni mesajı yenidən aldım… Fikirləşdim, bəlkə “wap” əvəzinə “GPRS” yazım… Elədə etdim. Yenidən həmən mesaj. Fikirləşdim bəlkə kiçik hərflərlə yazmaq lazımdı. Yenə eyni mesaj. Dedim bəlkə sadəcə modeli yazım, yenə eyni cavab. Dedim bəlkə “wap” yerinə “mms” yazım, bəlkə bu işləyir… Yenə eyni mesaj. Bir sözlə 30-dan çox mesaj göndərməyimə baxmayaraq bu zəhrimar ayarları ala bilmədim.

Artıq gecə olduğundan, səhəri gözlədim. Səhər rayonda bir İnternet-klub tapıb daxil oldum narmobile.az saytına, orada qonşu mövzuda təriflədiyim İnternet bələdçisi vasitəsilə ayarları öz telefonuma göndərdim. Problemində nədə olduğunu elə o zaman anladım. Hə, sən demə problem ayarların növünün düz qeyd etməməyimdə imiş. Bəli, bəli. Sən demə ayarların növün wap, mms kimi yox, məhz “NarİnternetGPRS” kimi qeyd etməliydim. Əhsən. Bunu kimin bu qədər “izvraşat” etməsini bilmirəm, bundan öncə ayarlar sırf sadə sorğu ilə gələrdi — ya “wap”, ya “mms” — amma nümunəsi göstərilməyən bu “izvraşeniyadan” xəbəri və ekstrasensor istedadı olmayan hansısa bir abonentin mobil telefon vasitəsilə bu kimi mürəkkəb cümlə birləşməsini tapıb, doğru sorğu göndərməsi mənim üçün qaranlıq qalır. Görəsən ay ərzində bu tapmacanı neçə nəfər tapır?

Nəsə. Ayarlar artıq telefonda idi. Qaldı GPRS-dən isitifadə etmək. Türk qardaşlarımız demişkən, “nə yazıq ki” burada da məni heçdə xoş olmayan bir sürpriz gözləyirdi — istənilən sayt (səhifə) yarımçıq açılır, daha sonra İnternet (GPRS) ümumiyyətlə itir. Fikirləşdim telefondandı. 3 telefon dəyişdim. Eyni problem. Daha bir “baq” (bəlkədə) — sadə bir səhifəyə daxil olduqda (yarımçıq açır onsuzda) və sonra balansı yoxladıqda, adi yarımcan bir səhifə üçün kifayət qədər böyük bir məbləğin çıxıldığının şahidi oldum.

Nar Mobile müştəri xidmətlərinə isə çoxsaylı zənglərim fayda vermədi… Ola bilsin bu sırf mənim test etdiyim günə düşən bir problemdir. Ola bilər. Amma ümumilikdə ümüd edək ki, bu kimi xırda, amma kifayət qədər abonenti narazı sala biləcək problemləri Nar Mobile tezliklə aradan qaldıracaq. Axı qabaqdan işküzar aktivliyin pik vaxtları gəlir. Hərçənd Nar-ın bu tip problemləri həll etmək üçün həm potensialı, həm maliyyə dəstəyi var. Qalır sadəcə istək.

Nəticə

Nəticə isə bundan öncəki müqayisəmizi xatırladır:
Azercell — keyfiyyətli, amma baha İnternet qoşulma.
Bakcell — sərfəli qiymət, normal sürət.
Nar Mobile — kifayət qədər baha (müqaisə etdiyimiz hər 2 operatora nisbətdə) İnternet. Tez-tez ara kəsilmələr.

Rəy əlavə edin

Ayaz Quliyev

Çox maraqlı və düzgün analiz. Bakcell GPRS istifadə edirəm və tam razı olmasam da, qiymət baxımından razı qalmağa çalışıram. Bir azca da sürətli olsaydı lap yaxşı olardı. İnşallah o da olar hələ nə yaşı var ki, Bakcell-in? 🙂

30 August, 2010

nobody knows

cox xowuma geldi,hegigeten de cox maragli ve faydali bir test

5 September, 2010

Z3YN4L

Nar Mobile Lap Oldurube Turbo var e teze cixib..hec bir faydasi yoxdu havayi yere 10man getdi

7 September, 2010

jurnalist_qiz

təşəkkü edirəm, mən də bunu bilmək istəyirdim elə. heyflər olsun ki, azercell insanı soyur. yoxsa sürətə söz ola bilməz.

14 September, 2010

Emin NOv

Hə çox əla yazmısan. Elə məncə də sııralamanı ən doğru şəkildə qeyd etmisən. Azercell bu limit yerinə saat əlavə başqa problem olmaz,
1GB belə aldıqda böyük bir şəkil açdıqda artıq düşüməyə başlayırsan hm. görəsən nə ədər trafik yedi.

19 September, 2010

MuSiQiCi

Cox Duzgun qeyd etmisiniz….. Men Nar Mobile de internete gire bilmirem ayarlari gonderib yaddasa salmisam Nokia 5800 xpressmusic telfonunda ama nedense girmir bilmirsiz niye? Sen Sevin ki sende narda o qeder eziyyetden sora internet acib mende hec o da acmir : – ))

6 November, 2010

rovsen

azerbaycanda en bahli internet hal hazirda 27.03.2011 tarixine gore nar mobildadi 10kb-1qepik 2 aznlikde -2mb eliyir simde ve cinde 10-kb 1konturdur en serfelisi onlardir

27 March, 2011

ismayil

nar nomrede interneti acmaq ucun neceye sms gondermek lazimdir

5 May, 2011

irade velizade

salam cin nomede interneti nece acmaq olar xais edirem deyin

26 February, 2012

balam.caimova

men nar mobilede nece inerneti acim ve nece poctuma girim mailime internet vasitesile ama alinmir s 721 gonderirem

10 April, 2012

ehedli jale

men interneti nece acim

12 July, 2012

emil mustafayev

nar mobilede interneti nece acim?

16 September, 2012

Senan.Ehmedli.

salam her vaxtiviz xeyir olsun men nar nomrede interneti nnece acim

11 June, 2013

Merve

pisdireee

11 June, 2013

Teymur

Cin nomresinde interneti acmaq ucun 5950 ye bow sms gondermek lazimdir?

22 June, 2014

Azer Quliyev

AZERBAYCAN EN GOZEL VE GENCLER ARASINDA SEVILEN SECILEN BIR MOBIL OPERATOR VARSA ODAKI BAKCELLDI AY MILLET BASQALARI YALANDI AZERBAYCANIN ILK MOBIL OPERATORUDU BAKCELL YARADILANDA NE AZERCELL VA IDI NE NAR ESQ OLSUN BAKCELLE ORADA CALISANLARA VE REHBERLIKLERINE UZUN OMUR CAN SAGLIGI ARZULAYIRAM

7 January, 2015

Azer Quliyev

Bakcellllllll Daha Yaxin Olaq )))))))))))))

7 January, 2015

Talib

bilmirsiz narda mb ve kontur qurtaranda mobil melumatlar tez tez itir?

8 March, 2015

Talib

neden ola biler ?

8 March, 2015

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom