Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Samsung Galaxy S. Super PR davam edir…

Samsung bazara iPhone-a “rəqib” buraxandan sonra, bütün vasitələrlə onun PR kampaniyasına başlayıb. Söhbət Android 2.2 platformalı Galaxy S modelindən gedir.

Fikrimcə, bu PR kampaniyanın xeyri yoxdu. Hər parametrinə görə iPhone-dan bir addım öndə olan bu telefon əslində sıravi alıcılar üçün Samsung-un “ştamp” etdiyi sıradan növbəti bir telefon olacaq. Səbəblərdə bir neçədir — birincisi, kifayət qədər baha olması — 600 AZN (rəsmi distrubutor İnteqralda qiymət — 599 manatdı), ikincisi, Android telefonların kütlə tərəfindən hələdə istiqanlı qarşılanmaması öz sözünü deyəcək.

Yeni PR kampaniya isə Samsung-un Galaxy S-lə bağlı ambisiyalı olduğunu göstərir — 27 yaşlı Böyük Britaniya sakini Melissa Thompson Galaxy S telefonunda mesaj yazmaq üzrə dünya rekordunu vurub. «the razor-toothed piranhas of the genera Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality they seldom attack a human» cümləsini 25, 94 saniyəyə yazan Melissa bundan öncəki 35, 54 saniyyə ilə rekordsmen Franklin Page-i qabaqlayıb. Samsung-da onuda qeyd etməyi unutmurlar ki, bu rekord məhz Galaxy S-də istifadə olunan Swype mətn yığma sisteminin köməkliyi ilə vurulub.

Xatırladım ki, Swype mətn yığım sistemi xüsusi lüğətə malikdir və sensor ekranlarda barmaqların hərəkətin izləyib mətnləri avtomatik yazmaqda kömək edir.

Swype sisteminin iş prinsipi aşağıdakı video-da göstərilir:

Mövzuya dair forumda müzakirələr ↓
Samsung Galaxy S. Super PR davam edir…

Rəy əlavə edin

Ayaz Quliyev

Mən həqiqətən də ilk çıxdığı gündən bu smartfonu çox araşdırdım və bəyəndim. Məsələ burasındadır ki, əslində iOS-la Android-i müqayisə etməyə dəyməz, çünki lider Android olar. Həm open source olmağı və də problemsiz işləməyi Android-ə üstünlük verir. Bir smartfon kimi isə Galaxy S bazarda lider olaraq qalır. Qiyməti computex.ws-də 588AZN-dir. Hətta gedib Computex dükanda test də etdim. 720px HD çəkiliş məni dəhşətə gətirdi.(sample:http://www.youtube.com/watch?v=ObAZJNa1xY8). iPhone 4-ün isə saymaqla bitməyən məhdudiyyətlərini nəzərə alsaq, Galaxy S-lə yanaşı durası smartfon deyil. Xüsusiyyətlərinə baxsaq, iPhone 4 ölkəmizdə təxmini 9xx AZN-dən başlayan bir qiymətlə satılırsa, 588AZN Galaxy S üçün hətta deyərdim ki, azdır.

29 August, 2010

hippy-fizz

mence qiymeti munasibdir.ancaq internetde yazildigi qiymete satilmir.resmi qiymet 620azn di.refiqem alib duzdur android cox eladir ancaq heleki bizde bu qebul edilmeyib.diger terefdend indiki dovrumuzde artiq bahali telefon almaq cox arxa plandadir.hal hazirda ucuz symbianlar var ve kutle de ona qacir.

7 September, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom