Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Son bir neçə gündə baxdığım filmlər (№1). Resenziya

Yazmağa o qədər şey var ki, amma yazmıram. Nəsə tənbəlləşmişəm bu arada. Ona görə son bir neçə gündə baxdığım filmlərə dair fikirlərimlə bölüşəcəm. Onuda qeyd edim ki, baxdığım filmlər adət üzrə rus dilində olduğu üçün (azərbaycan dilli filmləri hardan tapaq?!), filmlərin adları da rus dilində olacaq.

Repo Man

Başlayaq Потрошители (Repo man) filmindən. Fantastika janrından bir filmdi.
Filmdə söhbət yaxın gələcəkdən və sırf bir şirkətin fəaliyyətindən bəhs edir. Şirkət — özüdə nə şirkət. Bu şirkət süni orqanların yaradılmasında monopolistdi. İndi insanlar bir şey olan kimi həmən yeni orqanlar alır, özlərini “update” edirlər. Amma burada da bir amma var… orqanlar od qiymətinədi. Ona görə kütlə kreditə girmək məcburiyyətində olur.
Bəs krediti vaxtında ödəyə bilmədikdə nə olur? O zaman “dayday” peyda olur və vəhşicəsinə orqanı bədəndən çıxarıb aparır. Kimisinin ürəyini, kimisinin gözünü, kimisinin qara ciyərini. Ümumiyyətlə bu filmə ürəyi zəif olanlar baxmasınlar. Dəhşətli və insan faciyəsi dolu səhnələr var.

Filmin sonluğu ümumiyyətlə əladı. Deyərdim axır vaxtlar baxdığım filmlərin içində ən gözəl sonluq.
Filmə qiymətim — 10 ballıq şkala ilə 10 bal.

Zero 2

İkinci film — ZERO 2.
Qansterlərin həyatından bəhs edir və tamamilə “Криминальное Чтиво” (Pulp Fiction) stilində çəkilib, onu təkrarlayır. Orijinal kimi (Pulp Fiction) bu film də özündə bir neçə hekayəni birləşdirir. Tamaşaçını bir an da olsa belə darıxmağa qoymur. Hadisələr ildırım sürətilə inkişaf edir.

Məni təəccübləndirən isə filmi Latviyalıların çəkməsi oldu. Halal olsun onlara, kiçik çatışmamazlıqlar olsa da, Hollivud səviyyəli bir filmdi. Lap yadımdan çıxmışdı… film yalnız böyüklər üçündü — çoxsaylı söyüşlər və açıq səhnələrlə doludu.
Filmə qiymətim — 10 ballıq şkala ilə 8 bal.

Wolfman

Üçüncü film — Человек-волк (Wolfman 2010)
Tipik vampirizm stilində çəkilmiş bir filmdi. Filmin ana xətti detektiv janrına əsasən cərəyan edir. Qısa olaraq — Bir aktyorun qardaşı müəmmalı şəkildə yox olur. Sonra meyiti atası meşədə tapır. Parçalanmış vəziyyətdə… Aktyor qardaşının qatilinin motivasiyasını axtarmağa başlayır… amma bu zaman bir əcaib məxluq onu da dişləyir. İndi o da hər ayın bütövləşdiyi vaxt vəhşiyə çevrilir. Çevrilməsi bir yana, zalım qarşısına çıxanı qanına qəltan edir… Və sonda anlayır ki, onu bu vəhşiyə döndərən sən demə doğma atasıdı.

Filmin ssenarisi standart olsada, aktyorların mükəmməl oyunu hər şeyi xilas edir.
Filmə qiymətim — 10 ballıq şkala ilə 8 bal.

Killer

Növbəti film — Убийца внутри меня (The killer inside me).
Retro stildə çəkilmiş kriminal detektiv. Aktyorların gözəl oyunu və insanı dəhşətə gətirən soyuqqanlı ölüm səhnələri.
Film bir cavan polisin həyatından bəhs edir. Şerifin müavini işləyən bu polis ətrafından öz sakitliyi, dürüstlüyü ilə fərqlənir. Hər kəs ona inanır, ona etibar edir. Amma… Amma atalar yaxşı deyib — həyatda 2 şeydən qorx — suyun sakit axanından, insanın yerə baxanından.
Bir sözlə bu sakit oğlan sən demə soyuqqanlı qatil imiş.

Filmdə çoxlu açıq-saçıq səhnələr var. Ona görə baxmaq üçün yaş həddi “18+”-du. Həmçinin ürəyi zəif olanlar da bu filmə baxmasınlar. Artıq dediyim kimi, filmdə dəhşətli ölüm səhnələri var.
Filmə qiymətim — 10 ballıq şkala ilə 9 bal.

Hələlik sonuncu film — CARGO (2009).
Fantastika janrında çəkilmiş bir filmdi. Elə ona görədə baxdım. Çox şey gözləyirdim. Netdə filmə dair fikirlərə baxdım — hamı tərifləyir. Amma mənə görə film — 0.
Film uzaq gələcəkdən söhbət edir. Guya Yer partlayıb, yaşayış yoxdu. İnsanlar süni peyklərdə yaşayırlar və yeni yaşayış üçün yararlı bir planetə can atırlar. Ora düşmək isə çox bahadır. O səbəbdən insanlar pul toplamaq üçün bütün yollara əl atırlar. Baş qəhraman da pul xatirinə bir yük daşıyan kosmik gəmiyə işə düzəlir. Sən demə bu gəmi yük yox, insanları daşıyır — yuxuda öz dünyalarını, həyatlarını yaşayan insanları. Eynən Matrix filmindəki kimi. Və o hər kəsin can atdığı planet də bir uydurma imiş.

Nəsə. İdeya gözəl olsada, filmin realizasiyası heçnədi.
Filmə qiymətim — 10 ballıq şkala ilə 0 bal. Vaxt itkisi.

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

Rəy əlavə edin


Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom