Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Türkə nifrət yoxsa erməni sevgisi?!

Mən hələ indiyə kimi anlaya bilmirəm — digər xalqlar türkü niyə belə sevmirlər?! Bunların başına haranın daşın salmışıq ki, elə bizi vurmağa fürsət gəzirlər?!

Belə olmasaydı, ən sevdiyim və hörmət etdiyim (artıq keçmiş zamanda) aktyorlardan biri Jerar Depardye Ermənistanda keçirilən kiçik bir festivala gəlib, özünün erməni olduğunu deməzdi… Bəli… Sentyabrın 4-ü erməni prezident Saakisyanla görüşən Depardye, özünün böyük erməni sevgisindən dəm vurub. Sitat — Mən Fransada hər bir erməni “soyqırımının” qurbanlarının (!) nəticələri ilə sıx əlaqə saxlayıram. Ermənistanda da olarkən özümü erməni hiss edirəm… Elə ona görədə bu “gözəl” və “tarixi” məmləkəti yenidən ziyarət etmək qərarı verdim. Sitatın sonu (c) Etibar Hüseynov.

Depardje

Məndə həmən sual oyandı — soyqırım qurbanının nəticəsi necə ola bilər ki?! Rus demişkən, vrode kak axı o ölməli idi, müvafiq olaraqda nəsil verməməliydi? Nəsə, erməni Jerarın özünü yandırması bir yana… Sözü gedən “Karot” festivalında ermənilərə “sevgisi” ilə tanınan Rusiya estradasının ulduzu Filip Kirkorovun atası da işirak edib. Bolqar Bedros Kirkorov erməni torpağına düşər-düşməz, ermənilərə kompliment yağdırmağa başlayıb. Deyirəm, görəsən bu yaxınlarda Telman İsmayılovun ad günündə iştirak edən bu qoca fahişə Azərbaycan “sevgisini” niyə belə tez unutdu?! O hələ oğlunun da böyük erməni sevgisindən dəm vurub. Mətbuat-konfransında etdiyi çıxış isə ümumiyyətlə bütün kartları açıb-töküb — Biz “şirin dilimizə” salıb bu sadəlöhv türklərdən “öz tarixi” torpaqlarımızı almalıyıq. Onlara yalnız şirin dillə qalib gəlmək olar. Elə bilirsiz mənim oğlum Filip türk bayrağı önündə türk mahnısını elə belə oxuyurdu?!

Hə… Əslində bu etiraf edilən “şirin dil” sapı (baltası) özümüzdən olan bir sıra “demokratiya” carçılarımızı çoxdan yolundan çıxarıb. Deməli namərdlərin növbəti strategiyaları rəsmi şəkildə açıqlandı — şirin dil…

Nə deyim, Vallah. Görünür daşımız yaman ağırdı. Tanrı türkü qorusun!

Mövzuya dair forumda müzakirələr ↓
Türkə nifrət yoxsa erməni sevgisi?!

Rəy əlavə edin

Aysel

Agzimizda Fransa deyirikse,Fransada olan choxsayli ermenilerin apardiqlari siyaseti vurgulamaliyiq.Tebii ki,ermeniler bosh oturmurlar.Etraflarinda olan her kesin qanina parazit kimi ishleyirler.Bu da neticesi,gunahi Depardeyede gormek lazim deyil,gunahi oz passivliyimizde axtarmaq lazimdir.Sabah ele o Jerardin yaninda 1-2 defe ermenilere Azerbaycan prizmasindan yanashsaq onun fikrini deyishmeye ne var ki…Siyaset ve yene siyaset lazimdir…

7 September, 2010

Fateh TURAN

Tanrım sənə yar olsun və bütün Türk milletin qoruyub ucaltsın!!!
Qaldıki Depardyelərə, Şvarsneqerlərə və sairələrə, Aysel xanımın dediyi kimi bir neçe ton neftin pulu vəssəlam, şüt tamam. Qoyursan ciblərinə, çıxıb dünyada bar-bar bağırırlarki, Türkdən başqası yoxdur.
Bir daha sənə uğurlar.

30 November, 2010

Behnam Tagiyev

Bir şeyi anlamıram. ermənistanı, erməniləri sevən, onlara hörmət edən xaricilər eyni zamanda Azərbaycanı,Türkləri sevə bilməz ki?

Və ya əksinə Azərbaycanı sevən xaricilər ermənini sevə bilməz ki?Harda yazılıb bu qanun ki,erməniylə dostluq edən bizim düşmənimizdir.

O zaman qalx bütün dünyaya meydan oxu cürətin varsa. Unutmaq lazım deyil ki, bütün bunları siyasətçilər oynayır, biz qurbanlarıq sadəcə olaraq.

20 December, 2010

Behnam Tagiyev

Azərbaycanı hansı xüsusiyyətə görə dost tutmalıdır xaricilər , hansı ki, onlar ermənilərdən daha çox yaxşılıq görüblər , nəinki bizlərdən.

20 December, 2010

Ruslan

siz ne danisirsiz agzinizdan cixan qulaginiz esidir turk bizim arxamizda olmasa bizi coxdan mef elemisdiler ruslar

5 February, 2013

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom