Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Yeni Müsavat. İblis. Android

Başlayaq. Son vaxtlar “Yeni Müsavat” dərgisinin baş redaktor Rauf Arifoğlunun seçki-öncəsi təbliğat ruporuna çevrilməsini heç də müsbət qarşılamıram. Demək olar ki, 5 xəbərdən biri cəsur və cürətli Arifoğlunun seçki öncəsi növbəti-və-növbəti qəhrəmanlığından dəm vurur. Adamda belə təsəvvür yaranır ki, bu seçkidə müxalifət düşərgəsindən bir namizəd var, o da cənab baş redaktordu. Əslində burada pis heç bir şey yoxdur, amma…

Amma müxalifət liderləri bir yana, Onlarla layiqli oğullar süni şəkildə yaradılan təxribatlar nəticəsində seçkidən kənarda qaldığı bir vaxtda, müxalifətin ən vacib və xalq tərəfindən izlənilən bir nəşri tam olaraq bir insana xidmət etməsi… siyasi eqoistlik və görməmişlikdən xəbər verir. Onlarla insanlara təyziqlər olduğu halda, nədənsə “Yeni Müsavat” bunun haqqında bir kəlmə belə yazmır, amma Rauf bəyin seçicilərlə keçirəcəyi “besedkada” bir postovoyun görünməsindən düz 3 məqalə tirajlayır. Bəs hanı o vəd verdiyiniz sosial bərabərlik?! Hörmətli Rauf Arifoğlu bunun yoxluğunda indiki iqtidarı ittiham edir, sosial haqsızlıqlardan gileylənir. Sual olunur, o zaman fərqiniz nədədir? İqtidarın imkanı var, televiziya və digər medianı zəbt edir, Rauf Arifoğlunun da imkanı var, “Yeni Müsavatı” zəbt edir. Səhər Arifoğlu iqtidarda olsa, əminəm ki, AZTV ekranlarından düşməyəcək.

Gözümüz aydın. Fransada iblis peyda olub. Fransa paytaxtı Parisin cənub-qərbində yerləşən La-Veryer şəhərciyində 11 nəfər birdən özünü pəncərədən atıb. Özünü atanlar arasında 7 böyük, 3 uşaq və bir bəbəşin olması xəbər verilir. Ölüm-itim olmasa da, bir neçəsi ömürlük əlil olub.

Fransa polisi bu olayın səbəbi ilə maraqlananda ortaya maraqlı fakt çıxıb — sən demə zərər çəkənlər gecə saat 3-də bir yerə yığışır “spiritik seans” keçirirlərmiş. Bilməyənlər üçün qeyd edim ki, “spiritik seans” iblis və şeytan (Allah onlara lənət etsin) vasitəsiylə ölülərin ruhlarını çağırma ritualına deyilir. Ritualın qızğın çağıymış ki, bu vaxt otağa yarı-çılpaq qara dərili birisi daxil olub. Ritualda iştirak edənlər panikaya düşüb, elə biliblər ki, bəs bu iblisin özüdür, özlərini pəncərədən veriblər aşağı. =)) Əhsən.

Google-un Amerika Kəşfiyyatı üçün işlədiyi heç kimə sirr deyil. Bir vaxtlar Chrome gizlicə istifadəçinin İnternetdə bütün aktivliyini qeydə alıb, xüsusi ünvana göndərirdisə, müxtəlif təzyiqlər nəticəsində Google guya bundan əl çəkdi, əvəzində Google History söhbətini yaratdı. Amma qozbeli deyir heç qəbr də düzəltməz. Google-un növbəti nailiyyəti Android (mobil telefonlar üçün nəzərdə tutulan əməliyyat sistemidir) istifadəçilərin xəbəri olmadan müxtəlif məlumatları Google-a ötürür. Ötürülən məlumatlar arasında İnternetdə aktivlikdən tutmuş, Sizin kontaktlarınız, telefonunuzun imei kodu, SMS-ləriniz, telefondakı fayllar (şəkil, video və s.) və hətta koordinatlarınızı (əgər telefon GPS-i dəstəklərsə) kimi var.

Onu da qeyd edim ki, bir çox Avropa dövlətlərində yerləşən transmilli şirkətlərdə Google proqramlarından istifadə etmək qadağan edilib.

Google istifadəçilərinə xəbərdarlıq — ehtiyatlı olun dostlar, böyük qardaş sizi izləyir. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Rəy əlavə edin

vahid ismailoglu

salam pervin. yazida sohbet cox guman ki, imishli secki dairesinden suni shekilde qeyde alinmayan, axcp-musavat blokunun ireli surduyu deputatliga namized (indide deputatdir) iltizam bey ekberliden gedir. yazi ile raziyam. iltizam beye edilen texribatlar, yalandan onun yigdigi imzalari saxta elan etmeleri baresinde ve sonra yashanan dava dalash haqda, imishli camaatinin icra hakimiyyetine qarshi usyanindan yeni musavat qeziti bir kelmede olsa yazmadi. meger iltizam ekberli axcp-musavat blokunun vahid namizedi deyil? onda niye bele ayri seckilik salinir? sonrada deyirsiz iqtidar bele, iqtidar hele…

25 October, 2010

Imislili

Gardasdar Imislini igtidara satdilar. Bunu rayon camaatinin hamisi bilir. Musavat musavat olsaydi imkan vermazdi an muxalifatyonumlu rayonlardan olan Imislide oz namizadina garsi bela taxribatdar ola. Nasa. Bu muxalifat satginlardan ibaratdi. Imisli camaati mayuslug icindadi.

25 October, 2010

Mahir

Sabirabad da heç bısaat kayf eləmir. Pənah Hüseynov Sabirabaddan oz namizədliyin vermədi. Yapcı Ceyhun Osmanlıya seçilməyə şərait yaradır?

25 October, 2010

vahid ismailoglu

aran rayonlarin hemishe muxalifetkesh zona olub. indi o zonanin deputatlarin bir bir neytrallashdirirlar. bunun hamisi 99% musavatla razilashdirilib. mahir qardashimiz duz deyir.

25 October, 2010

GEnext

Söhbət tək İmişlidən getmir. Faktiki bir neçə rayonlarımız var ki, orada olan haqsızlıqlar barədə “Yeni Müsavat” qəti şəkildə susur, elə təsəvvür yaranır ki, bu namizədlər AXCP-Müsavat blokunun vahid namizədləri deyil. Amma Arifoğluna bir postovoy yaxınlaşanda belə qiyamət qoparırlar. Bax bu adamı qıcıqlandırır.

25 October, 2010

Farid Shukurzade

Boyuk nufuza malik olan Iltizam Elekberli Imishlide muqeddes insan kimi qebul olunur AXCP-Müsavat bloku Iltizam Elekberlini qisqanib parlamentden kenarlashdirdilar cunki Iltizam Elekberli oz mevqeyinde dayanib ingilis bayragi kimi pul alib ya Muxalifet yada Yap terefe kecmeyib Isa ve Eli Kerimliden ferqli olaraq o ki qaldi bir postovoy gorub hay kuy yaradan Rauf Arifoğluna men onu milli meclise laiq gormurem.

25 October, 2010

aliyev novruz

Daqil a dunya kim kime qiymet verir bir adaM Kİ ADİ BALİQ HAFİZ OLA

9 June, 2013

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom