Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

BakuTel 2010. İlk təəsuratlar

Bu gün növbəti BakuTel sərgisinin təntənəli açılışı oldu. Düzdür açılış gecikmə ilə oldu, amma möhtəşəm Baku Expo Center-də (Sərgi mərkəzi) vaxt keçirmək özü böyük zövq verir. Bir sevindirici halı da qeyd edim — bu il şirkətlər sərgiyə kifayət qədər ciddi hazırlıq görmüşdülər.

İlk olaraq yaxınlaşdığımız stenddə Sinam şirktətinin təqdim etdyi interaktiv xəritənin nümayişi gedirdi. Xəritə Google Maps-ın Azərbaycan ərzisi üçün lokalizasiyasını xatırladır, amma xarici görünüşcə (dizayn) Google məhsulundan geri qalır. Xüsusi planşet vasitəsilə idarə olunan bu xəritə əslində istifadəçi üçün gözəl imkanlar açır — istənilən küçəni, obyekti və s. həmən tapmaq olur, hətta binaların nömrəsini belə göstərir. Özü də bu imkan Azərbaycanın istənilən bölgəsini (!) əhatə edir. İstənilən. Təqdimat edən bəyə sual verdim — istənilən? Təkrar etdi ki, bəs hə, istənilən. Mən də eləmə tənbəllik, dedim — İmişlinin filan küçəsini mənə göstərin, zəhmət olmasa. Təqdimatçı bəy hay əlləşdi, hay vuruşdu, bir şey tapa bilmədi. =)

Şəkillərə böyük həcmdə baxmaq üçün mousla üstünə tıklayın.

Keçid aldıq digər stendlərə. Növbəti qurbanımız Caspian Navtel şirkəti idi. GPS xidmətlərini təqdim edirlər. Xoşuma gəldi. Yaxın bir qardaşı gördüm (Azercell-də bir yerdə çalışmışıq), məsləhət almaq istədim. Deyirəm — a qardaş səncə bu GPS aparatları almağa dəyər? Mən rayonlara səfərlərə çıxanda Google Maps-dan istifadə edirəm, bu nə ilə fərqlənir. Deyir, Google Maps bunun yanında heç nədir, bunlar daha mürəkkəb xüsusiyyətlərə, funksiyalara malik bir xəritədir və sair, və daha nələr. Sonra da məlum oldu ki, qardaşın özü Navtel-də işləyir. Haha. 😆



Yolumuzu davam edirik. Digər GPS təqdim edən şirkət Google Maps + Google Latitude funksiyalarını pulla “sırımaq” istəyir. Yenə davam edirik.  Bakcell. Nar Mobile. Azerfon. Heç bir yenilik görmədim, amma Bakcellin stendi maraqlı idi. Yolumuza davam. Azercell. Sərginin ən gözəl stendi Azərbaycanın ən böyük mobil operatoruna məxsusdur. Zövqlü tərtibat, əsl səviyyə. Azercell 4G texnologiyasını, mobil GPS xidmətini və digər yeni xidmətləri aktiv anons edirdi. Azeronline stendinə yaxınlaşırıq. Hərçənd bu stendin yaradılmasında bizim studiyanın böyük əməyi var. Gözəl alınıb Maşallah.

Yolumuza davam edirik. Windows 7 stendi. İlk olaraq maraqlıdır, amma yeni bir şey yoxdur. Windows-du da. 😀 Yaxınlaşırıq Çinin texnologiya nəhəngi Huawei-in stendinə. Çinli biri gülümsəyərək bizi qarşılayır. Telefonlar təqdim edirlər. Çox sərfəli qiymətə. QWERTY klaviaturalı, Android 2.1 platformalı mobil telefon cəmi 96 dollar (76 (!) manat). Özü də touch screenli və gözəl görünüşlü. Almaq istədim, deyir satılmır, biz bura distrubutor axtarışı üçün gəlmişik. :hm:  Bu sözü deyəndən sonra, məyus olub telefonda bir baq tapdım — Blackberry stilində olan joystick normal işləmir. Əsl çin malı.

Hələlik bu qədər. Gündəlik yazılarımı izləyin, davamı olacaq. 😉

Mövzuya dair forumda müzakirələr ↓
BakuTel 2010

Rəy əlavə edin

vahid ismailoglu

bu ilki bakutel kecen illere nisbetde guclu kecdi. ola bilsin muhit deyishikliyi sozunu dedi, ola bilsin muhit deyishikliyine gore daha seviyeli temsil olmaq ucun mecbur edilibler, bilmirem. shexsen bir ziaretci kimi men razi qaldim. pervin bey ellerinize sagliq azercell & azeronline stendide gozel alinib. gelen il studiyanizi orada gormek umudu ile.

27 November, 2010

Parwin Shukurzade

Euronews BakuTel 2010 haqda:

28 November, 2010

Ilkin Feteliyev

Men sergide ancaq Idrak technologynin oldugun hiss eledim , her il oldugu kimi bu ilde yeniliklerle cixmishdilar sergiye. Qalan stendler eyni sheyler ve ancaq kagiz uzerinde..

30 November, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom