Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Flaşmob — müasir bambılizm?!

Flaşmob — son vaxtlar gənclərimiz (əsasən də küyə gedənlər) arasında çox populyarlaşan bir ifadədir. Bəs bu flashmob ümumiyyətlə nədir? Bu kimi tədbirlər nə məna daşıyır?!

Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Məsələn, min bir əziyyətlə ailəsinə çörək pulu qazanan Əhməd kişi evə qayıdarkən görür ki, qəfil kimsə yolun ortasında huşunu itirdi… Həyatı onsuz da başdan-ayağa böyük bir stress olan Əhməd kişi bambılizmin son həddindən əziyyət çəkən cavana köməyə qaçır, bu zaman kənarda durub müşahidə edən digər şəxslər də yerə uzanırlar… Əhməd kişi şokdadı… Sən demə bu səhnəcikdir… Sən demə bu fərqli olmaq deməkdir… Sən demə bu flaşmobdur. Əhsən.

Flaşmobun atası amerikalı sosioloq-yazıçı Howard Rheingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmob-un mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmob-lar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır.

Post-sovet məkanında, əsasən də Rusiya, Ukrayna və Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusiyada etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komisiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar.

Azərbaycanda da flaşmoblar yayılmağa başlayıb. Amma bizdə hər şeydə olduğu kimi burada da özünə məxsusluq var — bizim flaşmober-lər yalnız onun bunun zir-zibilini təkrar etməklə məşğuldular. Maykl Ceksona, Halloween-ə həsr olunmuş flaşmoblar bu silsilədəndir.

Azərbaycanın xalq artisti, mərhum Mikayıl Ceksonun xatirəsinə həsr olunmuş milli flaşmob.

Onu da qeyd edim ki, Azərbaycan flaşmober-lərinin əksəriyyəti tələbələrdir.

Azərbaycan xalqının sevimli milli bayramı — Halloween-ə həsr olunmuş növbəti flaşmob.

Gəlin bizim flashmober-lərin son işlərini analiz edək (yuxarıda təqdim olunmuş video vasitəsiylə). Göründüyü kimi, milli flaşmober-lər dədə-baba bayramları olan Halloween-ə həsr edilmiş bu aksiyaya əməlli-başlı hazırlıq görülüblər. Özü də professional qrimlər, maskalar vasitəsi ilə. Çox güman ki, onları hansısa “pul yumaq” üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatı maliyyələşdirir. Xeyli adam da toplaya biliblər — bu isə bizim gəncliyin nə qədər deqradasiyaya uğradığının göstəricisidir…

Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora “qız tutmaq” üçün gedir… nə flaşmob?! 😀

Nəsə. Atalar yaxşı deyib, utanmasan, oynamağa nə var ki?! Allah ağıl versin.

Fikirlər mənim şəxsi subyektiv fikrimdir. Ürəyinizə çox almayın. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Flaşmob

Rəy əlavə edin

Ramiz Ilyasov

Salam
Meseleye fikrimi bildirmek isteyirem
Birdefe bu dushukluyun shahidi olmusham. Gardashlar hegigeten biabirciligdi. Manaviyyatsizlig bash alib gedir. Hansi ozune hormet eden giz xeylagi ora geder. Oglanlar ora gizlara surtushmaya gedirlar. Men ozumda bunun shahidi olmusham. Bele aksiyalar avropada bash tutar bizda yox.

14 November, 2010

vahid ismailoglu

salam pervin.
icazenle mende bildirecem oz fikrimi. men shexsen bu tip aksiyalarda ishtirak edenleri qinamiram. yaziq cavan ne etsin? bashini ne ile qatsin? gedib neshe satmaqdansa ele bosh-bosh flashmoblarla bashini qatsa sence bu daha yaxshi deyil?

hormetle,
vahid ismailoglu

14 November, 2010

R@M

Salam dostlar. Müəllifin yazısına hörmətlə yanaşsam da, razı olmadığım məqamlar var. Qısa olaraq.
1. Ölkədə cavanların vaxtlarını səmərəli keçirmək üçün şərait yoxdur.
2. Flashmobların mənası onların mənasızlığıdır.
3. Kimsə ora qızlara sürtüşməyə gəlirsə, bunu onun şəxsi vicdanına buraxaq.

14 November, 2010

AzeriFire

Deyirsiniz cavanlar başlarını qata bilmir? Ay millət, axı indi ölkəmiz elə şəraitdədir ki, bizim əylənməyə, KEF etməyə vaxtımız olmamalıdır? Vaxt keçirmək? Kitab oxumağa, nə isə öyrənməyə, qurmağa artıq qadağa var ölkəmizdə? Nədənsə o cavanlardan biri mən, 1 ay ərzində 2 kitab oxuduğum olub, bununla belə işləyirəm. Nədənsə şəhərin ortasında “çuşkalıq” etmək heç ağlıma gəlmir amma. Bunlar hamısı variantlardır. İnandırım o “bambilizm” də iştirak edənlərin 90% i ana dilində təmiz yaza bilmir, 70% Qarabağla bağlı, 40% tariximizlə bağlı və s. heç nə bilmir. 95% isə sabahını düşünmür, “şittiyə” sərf etdiyi vaxtını bir şey öyrənib, sabah Vətəni və ailəsi üçün xeyirli birisi olsa daha yaxşıdır məncə. Bəzilərini bu düşündürmür, ata cibini doldurub göndərir dərsə ki, ala get bu pulnan 3 dənə diplom al, hər diploma 4 dənə maşın məndən. O zaman nə oxumaq, nə öyrənmək “lazımdır”. Başı qatmaq üçün fleşmobdan başlayıb, nəşə ilə ömrü bitirmək də bir variantdır.

18 November, 2010

AzeriFire

Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora «qız tutmaq» üçün gedir… nə flaşmob?

Flashmob haqqında yenicə eşidəndə bu sualı vermişdim. Niyə bu flashmob “Cekson” un xatirəsinə həsr olunur, amma Xocalıda qırılanları əks etdirən, xalqı bunları unutmamağa çağıran səhnələr qurulmur? Cavab da verdilər ki, flashmob-un mənası elə mənasızlıqdadır. Heç nəyə çağırış olmamalıdır və s. şitlik. Ondansa təklif edirəm, boş vaxtları çox olan bu gənclərimiz çağırışçı tipli səhnələr qursunlar, özü də Vətənimizə , tariximizə, milliliyimizə uyğun. Qoy yoldan keçən 5 əcnəbi də olsa, Xocalıda olanları sanki bir daha görsün, qoy tariximizlə az da olsa tanış olsunlar.

18 November, 2010

al0r

Azerifire və müəllifə təşəkkürlər.

15+ ürəyimdəkiləri yazmısız.

18 November, 2010

Sənan Kamal Quliyev

İlk əvvəllər eyni ilə bu düşüncələrdə idi. Əvvəllər hamı elə danışdı ki, dedim indi bu flaşmob elə bir zaddır ki, hiper-inkişaf yolu keçib və mənim məntiqim bunu qəbul edə bilmir. Odur ki, unutmağa çalışdım və fikir vermədim. Amma indi mənim kimi bu tipli “şitliklərə” qarşı çıxanların olduğunu görəndə çox sevindim. Yazı üçün təşəkkürlər. Paylaşmağı özümə borc bildim və paylaşdım.

18 November, 2010

Nermin Agayeva

Flashmobu beyenmeyenlerin adeten yash heddi 25den yuxura olur. Qoca neneler kimi besdi deyindiz imkan verin cavanlar oz heyatlarini yashasinlar!!

18 November, 2010

vahid ismailoglu

reylerden bele anladim ki, men “shitem”. )) insanlarin dunya gorushu ferqlidir, buna gore digerlerini qinamaq olmaz. bu gun “shitlik” eden seher qarabagda qehramanliq etmeye qadirdir.
nermen xanim yashin bura hec bir dexili yoxdur. menim kifayet qeder yashim var, amma men flashmobda ishtirak edenleri de qinamiram. paradoks yoxsa istisna? ))

18 November, 2010

ZAUR ADNA

Azerifire sən birinci özündə başla, sonra digərlərin minuslar axtar. (

18 November, 2010

R@M

Salam dostlar. Flashmobları bəyənməyənlər ağız dolusu vətənə xidmətdən danışırlar, görəsən özləri indiyə kimi əllərin ağdan-qaraya vurublar?
Müəllifdən də xahiş edirəm rəyimi pozmasın.

18 November, 2010

AzeriFire

@R@m ən azından sizin flashmob-dan daha çox mənim xeyrim dəyim. @Zaur gəlin, bir mövzu açaq, proqrammistlərin kobud səhvləri. Sabaha kimi özümü pisləyim. İndi mövzu “flaşmobberlərdən” gedir,mən isə o tip-ə aid deyiləm.@Nermin buyur, yaşa öz “alturist və ətrafa xeyirli” həyatını =) Mən heç kimi tutub saxlamıram.

18 November, 2010

kiber

1 günlük əyləncədənsə, ömür boyu sizə lazım olacaq biliklərə sahib olmaq pisdir?
AzeriFire yazdıqları ilə TAM razıyam.

O ki qaldı flashmoblara, çox süni alınır.
Həmçinin müəllif qeyd etdiyi kimi, yeni ideyalar yoxdur.

Yazıya görə təşəkkür. 😉

18 November, 2010

Parwin Shukurzade

Hörmətli iştirakçılar, Sizlərdən bir daha xahiş edirəm yazılarınızda təhqiramiz ifadələrə yol verməyəsiniz. Bir-birinizə hörmət edin.

18 November, 2010

R@M

Bir daha salam. Azerifire z.o. ‘xeyirlərini’ sadala, biz də bilək.

18 November, 2010

AzeriFire

@Parwin Digərlərini bilmirəm, amma mənim yazılarımda olan sözlər sizin mövzuda işlədilən sözün az qala sinonimləridir 🙂

18 November, 2010

Samir Lee

Pervin bey sen ozun cavan olsaydin guya iwtirak etmezdin?? Paxilig yaxwi wey deyil/ ))) Yazimi poza bilarsiz!!

18 November, 2010

Parwin Shukurzade

Buların da bir arqumenti var — yaş. =)

18 November, 2010

Kamran

axxaaxaxaxax bu nedi bir kopukluy sizin burda oturmadigiviz komentleri yazmagiviz copede deymir [Flashmoberlar ireli]

18 November, 2010

Ramiz Ilyasov

Cavan olmag o demak deyil ki, gedib yolun ortasinda gizdara surtushmak olar. Gor Azarbacan na guna galibki gizdan da bela sheylari adi kimi gabul edirlar. Faciadi bu gardashlar

18 November, 2010

Nermin Agayeva

Beli, irlei! Qoy yashli insanlar bize baxib paxilliqdan olsunler!!!

18 November, 2010

vahid ismailoglu

a bala sen bir ireli sozunu duz emelli yazmagi oyren, sonra yashdan, paxilliqdan danish. ))

18 November, 2010

kiber

Flashmoberlər yazı sizlərə yazılıb e, bir tutarlı səbəb göstərin yazılanlara, bəlkə biz də sizlərin tərəfini tutduq.
Belə qeyri-sağlam müzakirə apracaqsınızsa, heç başqasının şərhinə də irad tutmaq lazım deyil.

18 November, 2010

Parwin Shukurzade

Azərbaycan gəncliyinin banan sevdası və ya bananlı flaşmob =)

18 November, 2010

Parwin Shukurzade

Azerifire, iradı sənə bildirmirdim, qardaş. Kolay gəlsin.

18 November, 2010

vahid ismailoglu

videonu bura nece qoyurlar?? bu videodaki sifetlere fikir verin. men de yavash-yavash kecirem eks qutbe. bu qeder kut ve yarimagil sifetleri axtarib tapib bir yere yigmagin ozu qehramanliqdi…….. ))
http://www.youtube.com/watch?v=qYoLlGY6fVM&feature=related

18 November, 2010

Parwin Shukurzade

Vahid Youtube səhifəsində, videonun aşağı hissəsində “Встроить” düyməsi var, ona tıkla, kod gələcək — onu da bura paste elə.

18 November, 2010

AzeriFire

Mövzudan kənara çıxsam də, bir tanışım Cenevrə-də oxuyur. Oradan danışanda çooox təəssüf hissi keçirirəm. Deyir orada 16 yaşında hər bir kəs, artıq gələcək karyerasını fikirləşir. Bizdə isə 25 dən aşağı yaşın oldunsa, təzə dəbə əsasən minimum 3 flashmob-da “atlanıb düşmək” lazımdır. Yoxsa sən “qoca nənə və babasan” və südəmərlərə “yaşamağa,həyatın dadını çıxarmağa” imkan vermirsən.
@R@m, gözləyirsən ki “bəytərifi” gedim? =) Gəl ondansa belə edək. Sənin flashmob-la etdiyin 1 “xidmət” de, əvəzində mən də 1 xidmətimi deyim və s. Bilirəm ki, xidmət siyahısı sizdə “0” dan başlayır, ona görə, uzatmayaq. Mənasızdır bu tip flashmob. Yox , əgər daha faydalı olmaq istəyirsinizsə öncə qeyd etdiyim tipli niyə 1 flashmob olmasın? Bu suala cavab verin? Niyə 1ci flashmob-a belə başlamayaq? Bananı qulağa dirəməklə erməni gədələrinin dilinə söz olmağımı xeyir sayırsınız, ya boş vaxtı sərfəli keçirmək?

18 November, 2010

Kamalə

@Nermin Agayeva, sizin valideynlər bəs necə, yaşlı deyillər? 😉

18 November, 2010

vahid ismailoglu

adam reyleri oxuyanda deli olur ki ))
bir terefden flashmoblara terif yagir, bir terefden soyush. indi de hede qorxuya kecdi. esl azerbaycan milletiyik. bir sheyi testiq ede bilmeyen kimi hemen hede qorxu gelinir. cilizliq. indi biri gelib 18-ci illerden danishacaq. )))))

18 November, 2010

rabby natan

В целом начнем с того что не надо трогать личность и не надо называть не качесвенно секс меньшинства унас только на тбилисской и реально мало а нас уже 2 тысечи хотя просто подерживаю модернизацию нашей молодежи .Вы хотели пиар вы хотели что бы люди отписали бы вы это получили бы .
Флешмоб детишки я вас понемаю на русском говорят попки не хватает пойти сделать то что делает моложедь ну даладно ну зачем критиковать так . Милли моб тоже будет когда нибудь и что тогда скажите . Посмотрите Мир онас заговарил о наших Успехов кто мог представить что Майкла джексона танц поставят в баку не кто . Ребята не спорьте приходите будьте участниками и поболейте за мололежь а просто траляля лучше пойти тогдат в дом пенсионеров.

18 November, 2010

avi

amma menim FLashmobdan xoshum gelir….
Hormetli Ramiz Ilyasov <>
Biz ele bu ifadeleri deye deye avropadan geri galmishig!..Qiz bes ne uchun yaranib?Tekce qul olub ere getmek uchun?Qizla oglanin huguglari beraber olmalidi!Umumiyyetle menim <>ifadelerinden xoshum gelmir..neyse..Sonra da deyirik avropadan niye geri galirig?Bizde Avropanin bir hissesiyik.Ne biabirchilig var burda?Paltarsiz chixirlar kucheye?..Lap chixsinlar..Oz ishleridi.

Siz cavanlari avropalashdirmagdansa,inkishaf etdirmekdense onlari daha da geri chekirsiz! Axi niye?Isteyirsiz XVIII-XX esre gayidag?

18 November, 2010

Jovanni Salmano

Görürəm bu fashmob bəzi adamlar üçün yaman müzakirə obyektinə çevrilib. Bəli, mən də digər cavanlar kimi flashmobda iştirak edirəm. Mənə elə gəlir ki, bizə irad tutanlar o kəslərdir ki, buna maraqla qıraqdan baxıb, hətta bizim kimi iştirakçı olmaq istəyənlərdir, amma fakt belədir ki, o kəslər utanırlar və ya özlərinə sığışdırmırlar (guya). Sonuncu flashmobda mən şahidi oldum ki, bizim millətin bəzi nümayəndələri çox düşükdü. Qıraqdan mənasız sözlər atmaqla elə bildilər ki, gülməli və ya maraqlı nəsə dedilər. Bilirəm ki, hər kəsin öz maraq dairəsi var. Bu günümüzdə küçənin bir kənarında dayanıb nəşə çəkmək və ya bu tip digər şeylərlə məşğul olmaqdansa elə flashmobda olmağımız yaxşıdı. Yəqin bizim əyləncəmiz sizin üçün gülməlidi, qoy gülməli olsun, amma biz istədiyimiz “+” emosiyanı məhz bu yolla qazanırıq. Hə… ola bilər ki, biz kitab da oxumuruq. Bu gün kim deyə bilərki mən kitab oxuyuram. Deyənlərin də 1-2%-i düz deyə bilər. Qaldı ki, Qarabağ probleminə bizim millət hər zaman belə hadisələr görəndə Qarabağ yadına düşür. Amma mən onu deyə bilərəm ki, mən bu tip əyləncələrdə olsam da Qarabağ hər zaman mənim qəlbimdədi. Bunun digər söhbətlərə heç bir aidiyyatı yoxdur. Malı-mala qatmaq olmaq.

Öz fikirlərinə görə müəllifə və hər bir şərh yazana təşəkkür edirəm.

18 November, 2010

Emil Aliyev

@Parwin Shukurzade salam. Əvvəlcə fikirlərinlə qismən razı idim. Rəyləri oxudum, indi tam razıyam. 😉 Bir admin kimi deyə bilərəm ki, rəylərdə səviyyəsizlik etmək aznetin bəlasıdır. Bununla mübarizə ancaq bloqunda qeydiyyat olandan sonra apara bilərsən. Yoxsa arxası yumru anonimlər buranı talayacaq.

@rabby natan yazır —– Посмотрите Мир онас заговарил о наших Успехов кто мог представить что Майкла джексона танц поставят в баку не кто .
Onda bayıra lütlənib çıxın, Euronyus, CNN, BBC sizdən danışsın. Fərəhlənmək üçün bəhanə tapmaq o qədər asandır ki………

18 November, 2010

TeeRex

Pervin bey bir kitabliq soz yazmishdim, filteriniz yazimi qebul etmeyib pozub. Xahish edirem menim yazimi qaytarasiniz.

18 November, 2010

Parwin Shukurzade

Rus demişkən, все, начался понос. SPAM filter aktivasiya edildi.
Çoxsaylı təhqiramiz rəylər pozuldu. Bizim millət demokratiya, demokratiya deyir, amma demokratiya verəndə də hər şeyi anarxiyaya sürükləyir. Bax budu bizim əsl mahiyyətimiz.

Hörmətli TeeRex, rəylər sırf qərəzlilik nöqtəyi nəzərdən yazılıb və təhqir yol verildiyi halda sistem avtomatik olaraq bu tip yazıları spam kimi qeyd edərək sayta buraxmır.

Xahiş edirəm rəy bildirərkən, apponentlərinizə hörmətlə yanaşın.

19 November, 2010

TeeRex

Pervin bey men yazimda ne tehqire, ne de ki soyushe yol vermemishem. Men yalniz flashmoberlere faktlarla oz iradimi bildirdim. Sizin spam filterde problem var.

19 November, 2010

perviz

necede maraqli geldi o silinen şerhler) bloq sahibinin qeraridir silmek veya silmemek, amma maraqli muzakire gedir:P

19 November, 2010

Hero

Əvvəlcə çox yazmaq istəyirdim. Amma heç bir söz deməyəcəm. Yalnız 2 sitat:

1.Biz oxuyuruq da, işləyirik də, ən böyük vətənpərvər layihələrin də təşkilatçıları və iştirakçılarıyıq da, hətta boş vaxtımızda da flashmob etməyi bacarırıq. Siz neynirsiz boş vaxtınızda – boş boş bizi disskusiya edirsiz.
2.Heç düşünmüsüz, yutubda daha çox Bakı axtarılır yoxsa flashmob? indi kim deyəcək ki, bu mənasızdı – flashmobların əvəzolunmaz turizm əhəmiyyəti var. Bəsdir bizi dağ ölkəsi kimi, “Aincent Caucasus” dedilər…

Qaldı ki, flashmobun xidmətlərinə – @AzeriFire, məni FB-da tapın sizə günlərlə danışım. Axtarmasaz deməli “bambılılızm” elə sızə aiddi

19 November, 2010

Emil Aliyev

Adminlər, bloq böyüdükcə qeydiyyatsız mümkün olmayacaq spam filtr rəylərlə bacarmayacaq. Təklifim qüvvədədi. Buranı qeydiyyatlı edin. Köməklik edə bilərəm.
Yaxşı blogdu amma camaat burda birbirin təhqir edəcəksə, onda bağlasaz yaxşıdı.

19 November, 2010

AzeriFire

Aha, bircə bu qalmışdı. Hər şeyi kənara qoyub, FB də “Qəhrəman” eee Hero niklərinə bir bir yazacam: “Bağışlayın, siz mən axtaran qəhrəman deyilsiniz, təsadüfən? Hansı qəhrəman? Bu flashmoblar qəhrəmanı…. Xeyir, bağışlayın onda, mən gedim “öz qəhrəmanımı” axtarım.” Və s. və ilaxır. Söhbətin varsa şəxsən mənimlə, sən tap məni. Sözü olan məni axtarsın, mən niyə səni axtarmalıyam. FB boş şeydir, ürək sözlərini zəng edib də, görüşüb də deyə bilərsən.

Uğurlar sizə, bizim turizm “simvolumuz”. “Qozbeli qəbir düzəldər” , min deməklə deyil. Özünüz bilərsiniz.

19 November, 2010

vahid ismailoglu

burada ne bash verir? )))
bizim millet ancaq qoyasan bir-birini qira. a bala, reylerde her kes oz subyektiv fikrini bildirir. bunu niye problem edirsiz? birce qalmishdi razborkalar aparasiz. bu derecede primitiv olmaq olar??. muellif oz fikrini bildirib, bizde onun fikrine hormetle oz fikrimizle bolushmushuk. demokratiya demokratiya deyirsiz, bes ozunuz niye qeyri fikirli insanlara bu qeder aqressivsiz??? men bu 36 yashimda bu qeder aqressivya ve kin gormedim. ayibdi. fikirlerimize hormet edek.

19 November, 2010

Пламенная

Oy, Flashmob-u pisdiyirsiz,amma ajiotaja baxin)))))))
Menasiz bir sheydise bu qeder neye yazirsiz? Demeli maraq var! Irelideyik!

19 November, 2010

анарёк

rebata yesli tak prodoljat vi skoro nachnete poubivat drug-druga 😉

19 November, 2010

Zahid Kamal

Salam Pervin. Bloqun acilandan izleyicisiyem. 2 gundi gele bilmirdim. Gorurem bu iki gunde burda qiyamet olub. ) Rey yazmagnan aram yoxdu burda yazilanlari gorende yazmamaq olmur. Evvala deyim ki sen meni tanimasan da men seni o vaxtlar Azeronlaynda ishleyenden yaxshi taniyiram. Belke meni uzden taniyarsan bilmirem. Senin gozel el qabiliyyetli birisi olmagini bilirdim. Bu gun seni esl demokrat kimi gordum. Senin reylere sebrli temkinli yanashmagin ozune qarshi ittihamlari ustaliqla cavablandirmagin meni valeh etdi. Qardash kash butun gencler senin kimi tolerant olaydi. Shexsen men senin kimi yetishmish gencleri gorende sevinirem.

Icazenle reylere fikrimi bildirim. Yazina bildirilen reyleri iki yere bolurem. Birinci flashmoblara qarshi olanlar ikinci flashmoblarin terefinde olanlar. Birincilerin obyektiv arqumentleri var bunlari sadalayirlar. Zaten flashmoberlerin nasa sadaladigini gormedim. Mus mus musdayirlar ya da ki tehqire kecirler. Ashigin sozu bitende dalay dalay deyer. Bunlarda da eyni sheydi. Inan mene bunlarin birce soz xoshuna gelmeyib oda ki ‘bambilizm’. Inaniram dayaz cavanlarimiz o sozun menasini bilmirler. Bambili bashqasinin sozuyle oturub duran adama deyirler. Muasirce ‘Zombi’. Indi sen meqalenin adini deyish ele Flashmob muasir zombilik, gor irad tutan tapacaqsan??? ) Olara eksine zombi olmaq lezzet edecek. Bela cixir ki bunlar ana dilimizin sozlerini da beyenmirler. Gic gulmek tutdu meni. )) Qardash bashini cox bele sheylerle yorma, gul kimi senetin var, bu millatin derdi sene qalmayibki onsuzda duzelmeyecek. Onun bunun adetinden otru olmushuk oluruk oleceyik. Vse da.

PS. Imkan olsa menimle maille elaqe saxla. Inshallah gorushub bir sohbetleshek. Iltizam beye menden salamlar catdir.

19 November, 2010

Rufet Seyidov

Tamamile Raziyam.
Mene maraqlidi sabah Xocali Soyqirimi haqqinqa flashmob kecirilse bu cavanlar dusmen terefinden oldurulmus baci-qardaslarimizin cesedlerinin qrimlerini ede bilerler?Cetin.Axi bize Zombiler daha maraqlidi.Bunu bir sozle vaxtini bos yere xerclemek ve yaxud umumiyyetle vaxtdan nece semereli istifade etmek haqqinda melumat catismamazligi kimi qeleme vererdim…

19 November, 2010

R@M

Poliqlotda bambılı пустой, несерьезный человек deməkdir amma.

19 November, 2010

vahid ismailoglu

poliqlot sehv edir. el arasindan bambili onun bunun damgasina geden oturub duran insana deyilir. zombi.
bambili = onun bunun soyuyle oturub duran = zombi.

19 November, 2010

Ramiz Ilyasov

Qardashlar bunlarin hele danishmaga dilleride var. Meneviyyatsizligi yaydiglari elebil azdi bulara. Eger qiz xeylagi bashqasinin sozuyla gunun-gunorta cagi camaatin gur olan vaxti sheherin markazinda getdiyi yerda kucadaca uzanib surunurse, men buna bambililiqdan bashga ad vera bilmerem. ozune hormet eden xanim hec kucede de suruner???????

19 November, 2010

Ramiz Ilyasov

+10 Azerifire
Sozu olmayani yerinde gozel otuzdurdun!!

19 November, 2010

Parwin Shukurzade

Dostlar xahiş edirem digər tərəfi qıcıqlandıracaq rəylərdən uzaq olun. Birini siz deyəcəksiz, birini onlar, yenə ponos başlayacaq.

Mən istəmərəm ki, sırf mənim subyektiv fikirimdən doğan bir məqaləyə görə camaat arasında davalar düşsün. Hərçənd təhqirlərə qarşı filtrasiya aktiv edilməsəydi, bir çox rəylər pozulmasaydı, bu hal qaçılmaz idi.

Spam filtrın statistikasına baxıram, filtrasiya edilən rəylərin sayı hesabı yoxdur, ola bilsin içərilərində obyektiv olanları da varmış. Ona görə obyektiv (!) rəy yazanlardan və həmən rəylər sayta yer almadığına görə üzr istəyirəm.

Bir daha rəylərdə opponentlərinizə qarşı hörmətli olmağa səsləyirəm.

Zahid bəy sizə də gözəl sözlər üçün təşəkkür edirəm.

19 November, 2010

vahid ismailoglu

nese sakitlikdi. )) pervin bey bu spam filtri acin, qoyun biraz meze tutaq.

19 November, 2010

Emil Aliyev

Uşaqlar bundan əvvəl yazdıqlarım qəbul edilmədi. Yazdıqlarımı necə qaytara bilərəm? SPAM filtr məni konkret qaralayıb. Pervin qardaş bir encam çek.

19 November, 2010

Parwin Shukurzade

Emil bəy, əfsuslar olsun ki, bu mümkün deyil. Rəylər həddən çox olduğu üçün (botlar gün ərzində on minlərlə rəy qoyurlar) bizim SPAM filtr hər 30 dəqiqədən bir bazanı təmizləyir. Yəni siz əgər SPAM sayıla biləcək hansısa “key” sözdən istifadə edirsinizsə, rəyiniz həmən spam kimi qəbul edilir.

SPAM filtr həmçinin çoxsaylı təhqirlərin qarşısını almaq üçün aktiv edilib. Bunu wordpress vasitəsilə rəyləri bir-bir yoxlayib qəbul etməkdə olardı, amma gün ərzində yüzlərlə rəyləri oturub oxuyub, təstiqləmək üçün nə vaxtımız var, nədə ki, istəyimiz. Təhqirlərdə ki, o qədərdir — kimisi hansısa flashmoberin (nə olsun flashmoberdi, o da insandı) orientasiyasından notasiya oxuyub, şərləyirlər, kimisi özünü ağıllı göstərmək üçün başının qaynadmadığını yazır, guya bu da var, kimisi antiflashmoberlərin rəylərinə təhqiramiz şəkildə münasibətlər bildirir. Bir sözlə biabırçılıq.

WordPressin aldadıcı bir xüsusiyyəti var — rəy yazırsız, post edirsiz. Səhifədə göstərilir ki, rəy yazılıb. Amma əgər rəy SPAM-dırsa, o qəbul edilməyəcək. Ona görə rəyi post etdikdən sonra həmən F5 düyməsinə basın, səhifə refresh edilsin. Əgər rəy yerindədirsə, deməli qəbul edilib. Yox yerində deyilsə, deməli SPAM filtrin canı sağolsun. =)

Bütün proses bizim əlimiz dəymədən avtomatik olaraq baş verir. Onu da qeyd edim ki, SPAM filter 2 dəfədən artıq flood edəni server səviyyəsində ömürlük qara siyahıya salır.

Hər halda burada hər kəsə yetərincə sayğı göstərilib. Yox, kiminsə nəsə ehtirazı varsa, şükür Allaha mənim telefon nömrəm İnternetdə var. Sözü olan zəng eləsin. Artıq-əskik söhbət lazım deyil.

19 November, 2010

Emil Aliyev

Pərvin qardaşım məni düz başa düşmədin. Artıq əskik söhbət nədi???? Qardaşım iki saatdı ürəklə yazı yazıram qəbul edilmədi, səbəbin soruşuram, olmaz????

19 November, 2010

Parwin Shukurzade

Olar, niyə olmaz ki. Sadəcə olaraq rəylərin qəbul edilib edilməməsi səbəbi yuxarıdakı rəylərdə çoxdan qeyd olunub. Diqqətli olmaq lazımdır.

19 November, 2010

Emil Aliyev

Düzü hec fikir vermemişəm. Əgər inciklik varsa, sorry.

19 November, 2010

Kərimov

bəsdirində paxıllıq etdiniz. gəncliyimiz inkişaf edir – inkişaf demək olarsa buna!

19 November, 2010

OGNI BAKU

ogo interesnaya diskusiya
@all ya smotru mahlamizdaki bawdan grija kolyani ilk azarbaycanli flawmober hesab etmak olar zalim balasi butun gunu yolda oynayir
@hero turizmi neca inkiwaf elatdirirsuz? yerda uzanib surunan gizdarla?

19 November, 2010

Azərbaycan Türkü

Bunlara qarşı istənilən kampaniyaya HƏ deyirəm. Özgə ənənələrlə birləşib birgə mübarizə aparmaq lazımdı. Öz dilimizi bəyənmirlər. Vəhabzadəylə, Rəsulzadəylə, Səməd Vurğunla bloqlarında məzə tuturlar. Mənaviyyatsızlığı yayanları lazım gəlsə cinayət məsuliyyətinə çəkmək lazımdı. Menasiz aksiyalara aid digər müzakirə http://www.azadliq.org/content/article/2219811.html?page=1

20 November, 2010

Ilqar

Bunlar bir seyi bilmelidir. Klonluga serf etdiyiniz vaxti gedin elm oyrenin. bu klonluqla millet ireli getmeyecek.

20 November, 2010

Hido

Guya zor hereket eleyirler de bunlar- Qiraqdan baxanda ele bil deliler yiginidi- Ele dordanda bambilidilar

20 November, 2010

Barça

azerbaycan xanimi yerle surunub kucede klounlug edirse tupurdum men o xanima ……………………….

20 November, 2010

Bagirzade

muellif tam noqtesine dushdu.kolə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur.bunlar muasir genclerdiler axi bu gedishnen hec balqabaxda ola bilmezsiz.

20 November, 2010

Fuad

Qizlarin cavabi xususile cox tesirlidir.oqlanlar qalib qiraqda qizlar hede qorxu gelir ve elm oyrenmeyi geriye addim sayirlar.
reylerin birinde kimse kecmis esre qaytimaq barede yazmisdi. demek isteyirem ki uzu biabirciliqa geden muasirlikdense kecmise qayitmaq yaxsidi.sozum coxdure yazmaq istemirem gecedi,birden spam filterde qebul elemez gel indi yan tokulde))
tesekkur edirem bu movzuya toxunduqunuz ucun

20 November, 2010

Sənan Kamal Quliyev

@vahid ismailoglu sizə bunu tam əminliklə deyirəm, flaşmoba gələnlərin 95%-i vətən üçün nəinki qəhrəmanlıq etməyə heç burunlarının qanamasına belə razı olmazlar.

24 November, 2010

fidan

Salam, mende sizin yazinizi oxuyub oz fikrimi bildirmek istedim.
Mene ele gelir ki, flashmob haqqinda ashaldici fikir yazmagdan once flashmobu daha etrafli oyrenmek lazimdi, chunki eger flahmob haqqinda daha chox melumatiniz olsaydi, orda ishtirak eden ushaqlari tanisaydiz bele demezdiz. Eger HAMI onlar kimi vetenimizi sevseydi internet klublarda, metrolarda, Cavid parkinda SEMI4KA chirtlaya chirtlaya hechkime soz atan olmazdi….belke gencliyimizin belasi olan TOY OLSUN ve bashga seviyyesiz verlishler haqda bir az dushunek…..biz bele hara gedirik?..
hormetle

26 November, 2010

Oruj Alizadeh

Qınamıram, əsl bananlara meylləri keçir… 🙂

4 December, 2010

FaRHaDiKooo KuRBanoFF

Flashmob-u pisləmək məncə yaxçı deyil.Çünki gənclər bunu xoşlayır deyəsən.Hərənin bir xobbisi,işgüzarlığı var.
“Fidan” xanımın dediklərinə də qatılıram.Bu səviyyəsiz verilişlərdən biri olan “Toy Olsun”,”Onun yarısı” gic gic verilişlərə qarşı çıxmaqdansa “Flaşmob”a qarşı çıxmaq biraz düz deyil məncə.Heç olmasa milli mentalitetə yaraşmır.Hansısa yaxşı oğlan və ya yaxşı qız kimi tanıdığımız insan televizora çıxıb oğlan .qız axtarir.
Kimi barda işləyir,Kimi də ki nəbilimee.Dilim gəlmir.
Amma bloqunuz doğurdanda yaxşıdır.Maraqlı mövzulardan söhbət gedir.

16 April, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom