Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Faşizm. Facebook. Hava. Zirəddin. İşıq

Faşizmə qalib gələn ölkənin baş meydanı — Kremlin önündə faşistlər toplaşıb nasist “çesti” verirlər, amma buna Rusiya hakim qüvvələri göz yumur. Bu canlarını faşizmə qarşı şəhid etmiş bütün qəhramanlar üçün təhqirdir!

Faşizm. Zaman göstərir ki, ümumiyyətlə bu terminin altında gizlənən ideologiyanı qınayanlar, bir müddət sonra elə özləri bu ideologiyanın daşıyıcıları olurlar. Götürək İsraili. Faşizmdən ən çox ziyan çəkən xalqı təmsil edən bir ölkə indi özü dünyanın nömrə bir faşist ölkəsidir — xüsusi anklavlar yaradır, bütöv bir ərazini mühasirədə saxlayır (Qəzza zolağı), vətəndaşları cuhud və qoylara (gəlmələr, yəni 2-ci dərəcəli insanlar) bölür və s…

Digər faşist ölkə bədnam qonşularımızdır. “Məzlum” ermənilər də guya türk “faşizmindən” əziyyət çəkdiklərini dayanmadan dünyaya car çəkirlər, amma tarix boyu özləri özgəsinin ərazilərinə göz qoyub, soyqırımlar törədiblər. Ən son olaylar — 20-ci əsr boyu onların hoqqaları və son Qarabağ müharibəsində hansı vəhşilikləri sınaqdan keçirdiklərini xatırlamaq kifayət edər.

İndi bu xəstəliyə onsuz da şovinistliyi ilə ad çıxaran Rusiya düçar olub. Faşistlər ağına-qarasına (qafqazlı, asiyalı, qara dərili onlar üçün fərq etməz) baxmayaraq hər kəsi atırlar ayaqlarının altına. Rəsmlər rəqəmləri gizlətsələr də, son sutka ərzində təkcə Moskva ərazisində milli zəmində yaranan münaqişələr zamanı 18 (!) nəfər bıçaqlanıb. Dəhşətli rəqəmdir. Bunların əskəriyyəti qırğız, çeçen, inquş, dağıstanlı, ermənidir. Amma aralarında yenə bir azərbaycanlı var. Belə görünür ki, bu olaylar Rusiyanın baş bilənləri tərəfindən idarə olunur. Çox mürəkkəb bir oyun gedir. Axırı Rusiyanın dağılması, vətəndaş müharibəsi ilə nəticələnsə, sevinərik. 😉

Sevinərik. Müxalifət Facebook adı çəkiləndə çox sevinir. Sosial şəbəkələr populyarlaşandan müxalifət virtual aləmə yaman girişib. Çoxdandır sözlərini kütləyə çatdırmağa səviyyəli bir tribunaları yox idi, nəhayət virtual da olsa, Facebook-u tapdılar. İndi sosial şəbəkələrdə iştirak edib, iqtidar yönlü olmaq dəbdə deyil, həmən insanı qınayarlar. Hər kəs olub “inqilab” ruhlu. Maraqlısı da odur ki, bu qınağı ağlı kəsən də edir, hadisələrdən bixəbər də. Əsil kütlə təfəkkürü. Bu radikal sosial kütləni idarə edənlər nə gözlərimizi mazol edən dəyişməz partiya liderləridir, nə də ki, onların funksionerləri. Kütlənin idarəsiylə bu saat bir neçə özlərini müstəqil adlandıran gənc məşğuldur. Məhz onların qərarları ilə kütləvi etiraz aksiyaları (məsələn son aksiyaları — avatar dəyişmə) keçirilir. Gülməli bir tendensiya — onlar (idarə edənlər) hakimiyyətə qarşı bir şüar yazdısa, kütlənin təmsilçiləri mütləq ona öz rəyini bildirməlidir, özü də iqtidarın ünvanına kəskin şəkildə fikrini bildirməklə. Hələ kimsə rəyinə bir iki təşəkkür də atsa, onda olur lap “fısqırığ” — bundan yoxdur. =) Bir sözlə, indi hər kəs Facebook vasitəsilə “samovırajatsa” etmək, seçilmək istəyir.

Əslində, bunu yazmaqda məqsədim başqadı. Şəxsən mən azad fikirin tərəfdarıyam, hər kəsin öz fikrini bildirməyə haqqı var, bunu bizə Konstitusiyamız verir, amma şəxsiyyəti təhqirlə dolu yazılar heç bir halda yox verilməzdir, bu demokratiya deyil, bu özbaşınalıqdır. Təhqir — demokratiya deyil. Demokratiya — özbaşınalıq deyil.

Bir də ki, Azərbaycan reallığı onu göstərir ki, Facebook siyasi abu-havanı dəyişə biləcək gücə malik deyil. Düzünü zaman göstərəcək. Hava demişkən, deyəsən “dünya şöhrətli” ekstrasensimizin proqnozları puç oldu. Deyilənə görə Zirəddin müsahibələrin birində bu ilki qışın çox sərt keçəcəyini demişdi. Hətta insanların donmasına dair də proqnozları yer alırdı. Deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə… Ay Zirəddin sənin işin gücün yoxdur?! İndi qış üzünə həsrətik…

Həsrətik. Yasamal camaatı da bu gün işıq üzünə həsrət qalıb. Analoqu olmayan Bakıelektrikşəbəkə qışın heç iyi gəlməmiş enerjini fasilələrlə verməyə başlayıb. :hm:

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Rəy əlavə edin

Polad RasulzadE

Heeee. Ela yazidir. onsuzda Zireddin kimi danishanlar biraz xestedi. Extrasensler hec neyi bilmir. ve onlar bile bilmezler. ALLAH tekdir. ALLAH neyi deyirse oda olur. Hele bizim cezamiz zulumkar deputatlarimizdir. Muxalifetle Iqtidar Dunyani bize edibler dar.

15 December, 2010

Mahir

Zineddin Cindardi – cinlerle elbir olan (ayri cur oxumayin;)) Qeybise yalniz Allah bilir Zineddin ise zenne qapanir ona gorede dedikleri bosha chixir :)))

16 December, 2010

Zaur Bayramov

Allahdan başqa gələcəyi heç kim bilə bilməz.Amma Allah gələcəkdən, öz sevimli bəndələrindən istədiyinə məlumat verə bilər.Bu sevimli bəndələr əsla Zirəddin kimiləri ola bilməz.Zirəddinin proqnozlarından bəziləri düz çıxa bilər,bu o demək deyil ki Allah vergisidir.Zirəddin və onun kimi falçılar (ekstrasens sözü ilə müsir şəkil verməklərinə aldanmayın) ya cinlərlə, ya da şeytanla birbaşa işləyirlər.

17 December, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom