Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik

Bu gün Müsavat-ın 100 illik yubileyidir. Ölkənin ən qocaman siyasi qurumlarından olan Müsavatı, onu təmsil edən hər bir kimsəni təbrik edib, Azərbaycan xalqı, türkçülük ideyası naminə uğurlar arzu edirəm. Qoy ulu Rəsulzadənin bizə əmanət etdiyi üç rəngli bayraq hər zaman ölkəmizdə qürurla dalğalansın.

Azərbaycan İnternetini təmsil edən proqressiv gəncliyimizlə birgə tərtib etdiyimiz Azərbaycan və Ermənistanın tarixi xəritələrinə həsr olunmuş saytlara dair istifadəçilər arasında hələlik nisbi sakitlikdir. Əslində bu bizim milli xüsusiyyətimizdir — bir şey olmadıqda — istəmək, olduqda isə — boş vermək. Hal-hazırda barmaqla sayılası qədər saytlar bu saytların təbliğat kampaniyasına qoşulub (Azerifire qardaşımıza ilk olaraq bu işdə atdığı addımlara görə atəşin salamlar). Amma saytların Google reytinqində birinci olması üçün bütün Aznet təmsilçiləri səfərbər olmalıdır. Niyə axı “azerbaijan vector map” sorğusu verdikdə, Google ilk olaraq ermənilərin tərtib etdiyi və ölkə ərazimizi təhrif edilmiş formada göstərən bir sayt çıxarmalıdır?! Saytlara (www.maps-azerbaijan.comwww.maps-armenia.com) digər saytlarda yerləşdirmək üçün müvafiq kod da yerləşdirilib. Xahiş edirəm biganə qalmayın, bu sırf Azərbaycan naminə atılan addımdır, burada nə mənim biznes maraqlarım var, nə də ki hansısa bir gizli niyyət güdmürəm.

Bu xəritə layihəsi uğurlu alınarsa, növbəti layihə Azərbaycan xalq mahnıların bir sayta yığıb FREE olaraq paylaşımını təmin etmək olacaq. Çox sadə və userfriendly interfeysdə. İnşallah uğurlu alınar.

Uğurlu demişkən — dünyada ən nifrət etdiyim diktator olan təkəbbürlü Qəddafinin uğur quşu 42 il qəddarlıqdan sonra deyəsən onu tərk edib. Şərəfsiz artıq 300-ə yaxın cavanı qanına qəltan edib, amma getmək bilmir. Bu gün Euronews-da maraqlı bir xəbər yayımlandı — polis özbaşnalığından cana gəlmiş xalq onlara atəş açan iki polisi diri-diri yandıraraq asdı. Xalqla zarafatın axırı budur.

Bizim xalqı isə bu saat Facebook-da LİKE söhbəti maraqlandırır. Yeni milli dilənçilik növü peyda olub — indi də “like” dilənirlər. Day zəhləmimi töküblər — 2 dəqiqədən bir sən Allah filankəsin şəklidir, bunu “like” elə, lazımdır… və ya Qurban olum, bu şəkli birinci etmək lazımdır, bunu “like” elə. Lap elədik “like”, nə oldu? İnsanlara xoşbəxtlik üçün bir “like”-da yetərmiş. Əhsən.

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Rəy əlavə edin

Tweets that mention Hər şeydən bir.az və ya Pərvin Şükürzadənin bloqu » Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik -- Topsy.com

[…] This post was mentioned on Twitter by AzNews.org and Azerbaijan Tweets , Parwin Shukurzade. Parwin Shukurzade said: #Müsavat. #Maps. #Gaddafi və #Facebook-da dilənçilik http://t.co/KchCZZt #like #azerbaijan #armenia #maps #biraz […]

20 February, 2011

malik

Salam, Pərvin. Bloqu daimi izləyirəm, fəaliyyətin əladı. Yeni layihə superdi, buna görə təşəkkürlər. Fikirlərinizlə tam razıyam, niyəsə toplu dəstəyə çox biganə yanaşırıq. Bunu reklam üçün yazmıram, mən əvəzimdən hər iki saytı paylaşdım öz profilimdə, 1 dostun qrupunda və 4000+ üzvü olan adminlərdən biri olduğum fakültə səhifəsində. Başlıq olaraq qısaca aydın açıqlama da yazdım, ama cəmi 4-5 nəfərin diqqətində oldu, o da Azərbaycan vektor xəritələrinə. çox adam yanlış anlayır və ya diqqət yetirmir. Bəyənənləri izlədim, heç biri paylaşmadı, yəqin ki özlərinə sığışdırmırlar paylaşmağı. ermənistan vektor xəritəsinə bir nəfər “reklam antireklama bərabərdi” yazmışdı, yəni bu kimi… ama hansısa Eurovision səhifəsində paylaşılan bir şou məlumatı 50 nəfər müzakirə edir, bu daha çox paylaşılır. Sizdən istəyim, təbliğatı maksimum gücləndirməkdi, əgər mükünsə belə bir şey edin. linkləri sosial şəbəkələrdə və saytlarda paylaşanda çoxunun anlaya biləcəyi qısa mətnlər şəklində başlıqlar hazır olsun.. bilmirəm, belə mümkündü ya yox, çünki paylaşanda bəziləri ya düzgün ifadə edə bilmir məqsədi, və ya boş qoyur, bəziləri copy paste eləməyi də bacarmır, buna görə. Şəbəkələrin önəmi çoxdu belə mövzularda…
Təşəkkürlər!

20 February, 2011

AzeriFire

Təşəkkür edirəm bu cür layihə üçün, atılan ilkin addımlar üçün. Ancaq təəssüf edirəm ki, tvitterdəki http://pastebin.com/86TE711G hay küyüm heç kimin tükünü belə qımıldatmadı. Hətta bəziləri məni qınadı ki, “yalnış” xəritəni paylaşıram. Bəziləri isə, erməni gədələrinin bu xəritəni 3-4 ildir düzəltdiklərini, mövzunun “aktual” olmadığını bildirdi 🙁 Yenə də təəssüf edirəm ki, ancaq kağız ( tvitter ) üzərində danışmağımız var, hərəkət lazım olanda, çanaqa qısılmaq bəs edir.

22 February, 2011

Parwin Shukurzade

Xoş sözlər üçün təşəkkür edirəm qardaşlar. Əfsuslar olsun belə layihələlərdə də özünə məxsus mentallığımız ön plana keçir.

Hal-hazırda ən populyar keyword — vector map azerbaijan — üzrə 8-ci, vector map armenia — üzrə 14-ci yerdəyik. Erməni saytları stabil olaraq ilk yerləri saxlayırlar.

22 February, 2011

Falçı İmamirənin uğurlu strateji proqnozları : Meqale.net

[…] Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik […]

3 September, 2012

Ə-nin dərdi var, daşı ağırdı : Meqale.net

[…] Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik […]

9 September, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom