Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Liviya… Suriya, Səudiyə Ərəbistanı, Türkiyə, İran… Çin

Artıq bir həftəyə yaxındır ki, qərb Liviyanı viran qoymaqdadır. Bir neçə ay bundan öncə ərəb “inqilablarını” canlı yayımla dünyaya çatdıran informasiya agentlikləri indi bu olayla bağlı cəmi 1-2 dəqiqəlik qısa süjetlər hazırlayırlar. Bir vaxtlar tərəfsizliyinə görə böyük rəğbətimi qazanan Euronews-un necə “tərəfsiz” olduğu bu olaylardan sonra sübut olundu. Əhsən. Bu günlərdə bir qardaş statusunda belə yazmışdı — “yəqin 20 il sonra ABŞ prezidentləri ekran önündə DEMOKRATİYA naminə uşaqları diri-diri yeyəcəklər”. Sitatın sonu (c). Haqlıdır. Ay Sem dayı, de bizə neft lazımdır, de neoquldarlıq planımız var, şansınız yoxdur, qul olmalıyıq, de bunları, biz də işimizi bilək. Yoxsa nə qədər axı yalandan demokratiya, demokratiya olar…

Ərdoğanın isə ABŞ-ın əl-altısı olduğunu söyləyənlərə inanmırdım. Demokratik Cümhuriyyəti dizi üstünə qoyub bütün ziyalıları türməyə basan bu despot yalandan xalq arasında natiqlik edib, rəğbətini qazanıb, amma əməldə ABŞ-ın göstərişlərini yerinə yetirir. Deyirdi guya qərbin Liviya macarasında iştirak etməyəcək. Nə oldu? Bu gün eşidirəm N qədər gəmi göndərib. Yoxsa xanım Klintonun sözündən çıxa bilmədi? Yoxsa siz inanırsınız ki, adi bir sözün üstündə durmağa cəsarəti olmayan birisi İsrailə təpkilər etmək iqtidarındadır?! İnandırım sizi o İsrailə qarşı təpkilər də yaxşı qurulmuş tamaşadan başqa bir şey deyil. Məhz elə Ərdoğanın əli ilə tezliklə ərəb “inqilabları” Türkiyədə də reallaşacaq — nəticədə ABŞ-ın çoxdan hazırladığı yeni qeopolitik situasiya formalaşacaq — Türkiyə bir neçə topluma (dövlətə) bölünəcək.

Bunu siyasi ekstrasens və kremlin klounu kimi tanınan Jirinovskiy də bu günlərdə söylədi — bütün şərq aləmi qarışdırılır və bunun məntiqi nəticəsi kimi 2030-cu ildə Çin dağıdılır. Bununla da Anqlo-saksların və onların bir yerlərini öpən fransızların qlobal neoquldarlıq planı növbəti fazaya keçir.

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Rəy əlavə edin

Babek Zeynalov

Neft kimi rahat-lukum qazanc mənbəyi olan hansı “müsəlman” ölkəsinin siyasi quruluşuna baxsan əbədi lider 30-35-ildir oturub taxtında, gülməşəkər balalarını avropanın elit universitetlərində oxudub yerinə hazırlayırlar (Cemal Mübarək, Seyfülislam Kəddafi, Maksim Bakiyev, Gülnarə Kərimova, Suriyanın kecmiş prezidenti Hafiz Əsədin oğlu- Bəşər Əsəd neçə illərdir Suriyanı idarə edir). Avropa, Amerikanın banklarında “babat” miqdarları, qərb şirkətləində və əyləncə bizneslərində iştirak payları (məhşur Yuventus klubunun səhmlərində bala Kəddafi 10% paya malikdir). Ölkələrində isə insan haqları və azadlıqlarındakı bərbad vəziyiyət, işsizlik səviyyəsinin qorxunc səviyyəsi, gender bərabərsizliyi, inflyasiyanın durmadan artması və s. kimi “lazımsız” problemlər. Bütün bunlar niyə belə olur? Yəni, bu diktatorlar fikirləşirlər ki, bütün təbii sərvətləri allah ancaq onlara verib? Bəs Quran? Bütün müsəlmanları cihada çağıran Kəddafi, niyə özü xalqına qarşı bu müqəddəs kitabın ayələri və surələri ilə münasibət bəsləmirdi? Qərbin ikili siyasətini, öz iqtisadi-siyasi maraqlarından çıxış etməsini heç kim inkar etmir (Azərbaycan-ermənistan konflikti kimi..) Amma bütün bu Despotları kimsə durdurmalıdır..ya yox? Öz sərəncamında olan təbii sərvətdən ölkənin insanları yararlanmırsa, kimin əlində olmasının onlar üçün nə fərqi var? Eybi yox, qoy qərblilər neft kimi tükənən sərvətə yiyələnsinlər…Heç olmasa insanlar insan kimi yaşayacaqlar..Qətər, Küveyt, BƏƏ kimi..

25 March, 2011

Əli Özgür

Əla! Axır ki azbloqosferdə bu inqlablara dair mənimlə eyni fikirləri bölüşən yazıya rast gəldim! mən, yazdığım yazıda bu məsələləri daha geniş araşdırmışam:

http://ozgurjan.wordpress.com/2011/03/14/ərəb-qiyamlari-alternativ-yanasma/

26 March, 2011

Meqale.net ++ Analoqu olmayan qorxaqlıq

[…] Liviya… Suriya, Səudiyə Ərəbistanı, Türkiyə, İran… Çin […]

30 November, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom