Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Universitetlərdə “semestrbaşına” start verildi…

Bu gündən etibarən universitetlərdə “semestrbaşına” start verilib. Korrupsiya ilə mübarizədən daha da qəzəblənən vicdansız müəllimciklər əgər əvvəllər bir fən üçün 50-60 AZN alırdılarsa, indi stavkanı qaldırıb ediblər 100 AZN (!). Analoqu olmayan inflyasiya deyəsən bunlara yaman təsir edib. Özü də azğınlaşmış və müəllim sözünə ləkəciklər oxuyanı oxumayandan da ayırd etmirlər — hər kəsdən eyni məbləğ tələb olunur — fənni bildin və ya bilmədin, xeyri yoxdur.

İTV-ni də nə vaxt açıram, təhsil və orada olan problemlərlə bağlı mənasız şablon diskusiyalar aparılır. Hər kəs problemə dırnaqarası yanaşaraq monoloq oxuyur, hələ bir fərəh dolu baxışlarla ekrana da baxmağı unutmurlar, sanki nəsə böyük bir cəsurluq etdilər. Problem isə dərindir, dərinləşir. Universitetlərdə (məktəblər haqda susuram) demək olar ki, bütün müəllim heyyətinin əli rüşvətə bulaşıb, onların da yarıdan çoxu hətta mənəviyyatını itirib, həyatın mənasını yalnız tələbədən alınan haram rüşvətdə görürlər.

Ex… Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır ki, cavan kadrlar da gəlib hal-hazırki çirkabın bir üzvünə çevrilməsinlər.

Nəsə. Allah köməyimiz olsun.

Mövzuya dair forumda müzakirələr ↓
Universitetlərdə rüşvət pik həddinə çatdı!

Rəy əlavə edin

malikmasim

Rüşvətdə boğulan ADİU-da rüşvətin heç olmadığı bir fakültə var desəm inanarsız? 😀 3 ildir eşitmədim ki 75 nəfər qrup yoldaşımdan, aşağı-yuxarı 600 nəfər də fakültə tələbəsindən hansısa bir manat rüşvət versin (fakültə daxilində), eləcə də mən.. TUDİFAK

24 May, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom