Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Eurovision bayramınız mübarək!

İlk öncə Eldar və Nigarın Azərbaycan türkcəsində normal danışa bilməməkləri mənə çox toxundu. Təmsil etdiyin doğma vətəninin dilini bilməmək analoqu olmayan hallar silsiləsindən idi. Amma heçnəyə baxmayaraq onlar qalib oldular. Rusların gözəl bir məsəli var — победителей не судят. Möhtəşəm qələbə idi. Azərbaycan çətinliklə də olsa, lazımı qədər səsi toplaya bildi. Təbriklər Azərbaycan!

Azərbaycan üçün bu çox böyük uğurdur. Ani saniyədə Azərbaycan sosial şəbəkələrdə top trendlər sırasında oldu. Hətta deyilənə görə Google Earth sorğuların çoxluğundan sıradan çıxdı — hər kəs xəritədə Azərbaycanı axtarırdı. Bu ölkənin tanıtım yolunda çox böyük və əhəmiyyətli PR addım olacaq, İnşallah.

Təriflədim, bəsdir. Adətim üzrə, əmmalara keçirəm:

Nigarın türk bayrağı ilə səhnəyə çıxması, Eldarın göstərdiyi bozqurd işarəsi — şəksiz bunlar Türkiyəyə böyük jest və sayğı idi. Amma… öz bayrağımızı da Eldar götürə bilərdi. Məgər böyük Rəsulzadə möhtəşəm bayrağımızı qardaş bayrağından istifadə edək deyə yaradıb?! Hə, deməli belə… Bu məsələdə bir pozitivlik hiss etdim — türk soyumuzun dərketmə prosesi qaçılmaz bir vüsət alıb.

Türk qardaşlarımızın təmsilçimizin səhnəyə onların bayrağı ilə çıxmasına maraqlı reaksiyaları.

Digər bir məsələ, bizimkilər qalib olar-olmaz, İTV və digər yerli telekanallarda dəxilsiz insanların analoqu olmayan sabunlanma prosesinə başlamasıdır. Hər kəs özünə məxsus tərzdə sabunlanma üslubuna əl atır. Gözəl və möhtəşəm bir qələbəni mənasızlıqları ilə ucuzlaşdırırlar. Bu qələbədə bir çox insanların haqqı, zəhməti var — bilirik, amma bunu dəfələrlə və dayanmadan saqqız kimi çeynəyib gözümüzə soxmaq ən azından bezdiricidir.

Başqa bir məqam isə küçə avtoyürüşlərdir — xalqımız böyük qələbələrə susayıb, insanların küçələrə axışması başa düşüləndir, amma burada da qədərinə varmaq lazımdır. Məgər qızların lütlənib özlərini çölə qoyması, yoxsa hansısa avtoşun avtomobili 2 təkər qaldıraraq qəza şəraiti yaradıb 6 maşın əzməsi sevinc hissidir, yoxsa əzəmətimizin göstəricisidir?!  Maraqlıdır… Belə hallar şənliyin konkret şitini çıxarır.

Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. Məsələn, buradakı rəylərə baxın — Armtoday.info. Haylar artıq çarəsizlikdən bir-birlərini təhqir belə edirlər. Onu da nəzərə alın ki, rəylərin 99% pozulub — saytda yalnız Azərbaycanlılar adından ermənilər tərəfindən yazılan sarsaq rəylər, bir də öz şəxsi rəyləri yer alır. Sağlam fikirli rəylər həmən pozulur.

Və sonda… Nə qədər təəcüblü olsa da, Azərbaycanlılar arasında da bu qələbəyə sevinməyənlər, müsabiqəyə ləkə yaxanlar da tapıldı. Hərənin bir dərdi var, amma bildiyim qədəri onların bir çoxu bu qələbənin iqtidara işləyəcəyindən ehtiyatlanaraq bu addımı atırlar. Ola bilsin özlərinə görə, onlar haqlıdırlar, amma şəxsən mənim fikrimcə yanılırlar — vətənin qələbəsinə yalnız sevinmək lazımdır, müxalif vətənə deyil, iqtidara olmaq lazımdır. Unutmaq lazım deyil ki, iqtidara hər kəs gələ bilər, amma vətənimiz bir və dəyişilməzdir.

Eurovision bayramınız mübarək!

Mövzuya dair forumda müzakirələr ↓
Eurovision 2011-in qalibi – AZƏRBAYCAN!

Rəy əlavə edin

Zaur Bayramov

İnanıram ki, hisslərinizə qapılmısınız. Bakcellin reklamlarındakı şeytan işarəsin görə bilirsiz,Eldarın göstərdiyi şeytan işarəsin isə görmürsüz.

20 May, 2011

orxan hemidli

salam.necesiz.azerbaycani tebrik edir ve gelen il bakida kecirilecek eurovisionda xalqimiza ugurlar arzulayiram.bezileri bu qelebenin iqtidara isleyeceyini,muxalifetin buna etiraz edeceyini bildirir.unutmayin bura vetendir ve bu veten muxalifet ucun de,iqtidar ucun de birdir ve bele de olmalidir.azerbaycanin qelebesi gozlenilen idi.pervin sukurzadenin dediyi kimi bu qelebeni qeyd eleyenler hec de sisrtmediler.

22 May, 2011

Azerbaijan: Opinion divided over Eurovision win · Global Voices

[…] others such as Pərviz Şükürzadənin bloqu [AZ] held a different opinion. Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. […]

22 May, 2011

Azerbaijan: Bloggers divided over Eurovision win :: Elites TV

[…] others such as Pərviz Şükürzadənin bloqu [AZ] held a different opinion. Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. […]

22 May, 2011

Azerbaijan: Bloggers Divided Over Eurovision Win | Sao-Paulo news

[…] others such as Pərviz Şükürzadənin bloqu [az] held a different opinion: Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. […]

23 May, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom