Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Gürcüstan — dost, yoxsa düşmən?!

Gürcüstan. Azərbaycanın bu dövlətə daim yardımçı olması, hər sahədə dəstəyi heç kimə sirr deyil. Bəs onların bizə münasibəti necədir? Bizim kimi onlar da ifrat tolerantlıqdan əziyyət çəkirlərmi? Müşahidələrim onu göstərir ki, YOX. Gürcülər həddən artıq milliyətçi bir xalqdır və onlar nömrə bir düşmənləri kimi də məhz türkü görürlər. Ola bilsin indi siyasi oyunlarda ölkə türkyönümlü yol tutulub, amma bu məcburiyyətdir — gürcülər yerə-göyə sığmayan təkəbbürləri ilə artıq bütün qonşularla düşməndirlər + qərbə inteqrasiya istəyi.

Təkəbbür. Gürcülər kimi özlərindən razı, özlərindən başqa heç kimi qəbul etməyən (yəhudilər onların yanında günahsız uşaqlara bənzəyir) ikinci bir xalq görmədim. Hətta farsları belə öz təkəbbürləri ilə geridə qoyurlar. Bu təkəbbür hər yerdə hiss olunur — adi gürcü restoranında gürcü ofisiantın davranışından tutmuş, siyasi oyunlarına kimi.

Belə olmasaydı, Azərbaycanın hesabına rus ayısının cəngindən qurtula bilən gürcü xalqı öz müsəlman təmsilçilərini (Azərbaycan türklərini) Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsindən ayırmaq eşqinə düşməzdi. Belə ki, bu günlərdə gürcüləşmiş türklər vasitəsilə Gürcüstan Müsəlmanları Idarəsi yaradılıb (Azadlıq qəzetinə istinadən yazıram). İdarənin yaradıcısı kimi vəzifə və şəxsi ambisiyaları hər şeydən üstün tutan Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və Kvemo-Kartli (Borçalı) qubernatorunun müavini Hüseyn Yusifovdur. Gürcülərin sevdası Gürcüstanda yerləşən bütün məsçidləri, dini qurumları Qafqaz Müsəlmanları Idarəsindən alıb bu qondarma quruma verməkdir. Sözsüz, bunun əsas məqsədi Azərbaycanın orada yaşayan türklərə təsir dairəsinin kiçiltmə istəyidir. Allah heç sevdalarına çatdırmasın.

Bu azmış kimi, dünən (Armtoday xəbər verir) Gürcüstan Leyborist Partiyasının sədri Soso Şatberaşvili Bakıdakı gürcü səfirinin geri çağrılması ilə bağlı iddia qaldırıb. Öz iddiasını əsaslandıran gürcü Şatberaşvili deyib ki, sitat — Azərbaycanda Sainqilo bölgəsində (Qax-Zaqatala zonasına gürcülərdən qondarma ad) gürcülərə öz dilləridə danışmağa, gürcü soyadları daşımağa qadağa qoyulub, gürcü kilsələri, məktəbləri, mədəniyyət mərkəzləri bağlanılır, amma bizim səfir buna reaksiya vermir.

Havalanmış gürcü sayaqlamasını belə bitirib — Azərbaycan Alazani (bizim Qanıx çayı) çayının yerdəyişməsi nəticəsində Gürcüstanın torpaqlarını zəbt edib! Sitatın sonu. Xatırladım ki, bu gürcülərin Azərbaycan torpaqlarına ilk iddiaları deyil.

Bütün bu olaylara Azərbaycanlıların Borçalı bölgəsindən sıxışdırılmasını, Beynəlxalq qurumlarda Gürcüstanın bizə qarşı tərəfsizlik göstərməsini da əlavə etsək, Gürcüstan nəinki dost dövlət, Gürcüstan bizim üçün ermənidən də iddialı və təkəbbürlü bir qonşudur. Deyəsən öz əlimizlə (oxu — neftimiz, qazımız, işığımız, pulumuz) ilan böyüdürük. Psevdopatriotlarımız isə ağız dolusu Azərbaycan-Gürcü dostluğundan yazır, danışır.

Əlbətdə ki, indiki çətin bir dönəmdə durub Gürcülərlə dava etməyimiz də düzgün deyil, ehtiyyatlı siyasət aparmaq lazımdır. Digər tərəfdən ilanı öz əllərinizlə dirçəltməli deyilik. Dövlətin siyasətinə təsirimiz sıfır olduğundan, bir Azərbaycan vətəndaşı kimi gürcü iqtisadiyyatına kiçik də olsa xeyir verməkdən çəkinin. Bunun bir yolu var var — iqtisadi iqnor — restoranlarından tutmuş, marketlərimizdə satılan onların dadsız və sağlamlıq üçün ziyanlı şirələrinə, mineral sularına (bəli, Borjominin tərkibi — adi suya qatılmış SODA (!), xəbəriniz ola) kimi, bölgələrində istirahət etmək kimi istəklərdən vaz keçmək lazımdır.

Nəsə… Tanrı türkü qorusun!

Mövzuya dair forumda müzakirələr ↓
Gürcüstan — dost, yoxsa düşmən?!

Rəy əlavə edin

Hidayət Məmmədov

Təbii ki, dushmən. Rusiya ilə qonshu olan bir dovlətin bizimlə dostluq munasibəti qurmaginin mumkun olmadigini basha dushmək cətin deyil.

20 May, 2011

Könül Allahverdiyeva

Yazılarınıza təsadüfən rast gəldim və çox xoşum gəldi. Azərbaycan və Qafqazda baş verənlərə həm tarixi , həm də günümüzün aktuallığı baxımından sayıq nəzərlərlə baxan və düzgün fikir yürüdən insanlar təəssüf ki, get-gedə azalmaqdadır. Mövzudan uzaqlaşmadan qeyd edim ki, Azərbaycanın Gürcüstan və Ermənistanla olan münasibətlərini həmişə bir Molla Nəsirəddin lətifəsi ilə müqayisə edirəm:
Molla Nəsirəddinin iki bağlı danası olur.Biri açılıb qaçır, qaçan danaya çata bilməyən molla bağlını döyməyə başlayır. Bunu görənlər mollanın yanlış dananı döydüyünü dediklərində onun cavabı belə olub:
– Siz bilmirsiniz bu açılsa ondan bərk qaçar.
Ona görə də gürcülərin ipini qıra bilməmələri əsas şərtdir.

19 July, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom