Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Dəqiq, vicdanlı və qərəzsiz Oksana Rəsulovaya qarşı

Deyəsən, son 2-3 gündə ANS-in “Xəbərçi” verilişi ilə Dilarənin “Çal-çağır”-ı yerlərini dəyişik salıblar. ANS-i nə vaxt açıram — Oksana Rəsulovanın 1-ci əri belə getdi, Oksana Rəsulovanın 2-ci əri helə etdi … Bəli, bu kimi primitiv mənəviyyatsızlıq.

Maraqlıdır, dəqiq, vicdanlı və qərəzsiz kəlmələrinə analoqu olmayan tərzdə iddialı bir kanal nədən ortastatistik bir rəqqasənin şəxsi həyatını psevdopatriotluqla başını aldatdığı xalq qarşısında qabardıb, günün əsas xəbərləri sırasında verir?! Ölkədə baş verən minlərlə olaylar diqqətsiz qaldığı halda, bu mənasızlığa bu kimi diqqətin səbəbi görəsən nədir belə?!

Bu olayın 3 səbəbi ola bilər:
1. Oksana Rəsulova ilə ANS-in arasında konkret şəxsi qərəzlilik var;
2. Bu həmçinin ölkədə gərginləşməkdə olan ictimai-siyasi abu havanı səngitmək, kütlənin diqqətini sönməkdə olan şou-biznesə yönəltmək üçün addım ola bilər;
3. Bu elə Oksana Rəsulova tərəfindən sifariş edilmiş PR kampaniya da ola bilər. Unutmaq lazım deyil ki, qara PR-ın özü ən böyük təbliğatdır. Bütün şou əhli ilk olaraq kütlənin diqqətini qazanmaq üçün bu kimi iyrənc qalmaqallara əl atır.

Amma istənilən halda yüksək dəyərləri əlində bayraq edən bir kanala bu kimi ucuz intriqaları heç yaraşdırmadım. Nəsə. Düzünü zaman göstərəcək. Allah köməyimiz olsun!

Mövzuya dair forumda müzakirələr ↓
Dəqiq, vicdanlı və qərəzsiz Oksana Rəsulovaya qarşı

Rəy əlavə edin

king

Problem onda deyil. Problem heç Oksana da deyil. Problem Xosedədir.
Vaxtilə Xose adını çəkmək istəmədiyim bir adamı Mir Şahinin əlindən alıb.

İndi də ANS-in Baş Direktoru acığını çıxmaq istəyir.
Söhbət Mir Şahinin qeyri-rəsmi nikahda olduğu adamdan gedir.

Mir Şahinin bu cür hərəkəti onun necə düşük prinsipli və səviyyəsiz adam olduğunu göstərir.

Oksana sadəcə “козел отпушение”dır.

27 July, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom