Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

BTR fenomeni. Teatral səhnəcik. Bəs həqiqət?!

Hansı yerli telekanalımızı açıram — Vilnus merinin YOUTUBE üçün çəkdirdiyi BTR ilə köhnə Mersi əzmə səhnəciyini göstərib, həqiqət kimi qələmə verirlər. Acaba bütün özünə hörmət edən dünya telekanalları bunun qurma bir teatral səhnəcik olduğunu qeyd etdiyi halda, bizimkilərin belə təqdimatla məqsədi nədir?! =)

Bədbəxtçik isə ondadır ki, insanlarımız onlara inanıb, hesab edirlər ki, Avropanın göbəyində hansısa bir məmur analoqu olmayan qudurğanlıqla vətəndaşın maşınını BTR ilə əzməyə qadirdir! Ölmüşdü Xankişi! Vətəndaşın reaksiyasını qoyduq kənara, o meri məhz sosial qınaqla bir hala salarlar ki… Nəsə. Bizimkiləri qınamıram, öyrəşmişik də…

Rus demişkən, “sobstvenno” səhnəciyin özü:

Hələ də inanmayanlar üçün isə Euronews-dan çıxarış:

БТРы «Мерседесов» не боятся

«Ударим БТРом по нарушениям ПДД», — решил мэр Вильнюса Артурас Зуокас — и ударил. В назидание всем горожанам, паркующимся в неположенных местах, градоначальник вывел на улицу бронетранспортёр. Заявив, что владельцы дорогостоящих машин совершенно обнаглели, Зуокас наглядно показал, что для «Мерседесов», «Феррари» и «Роллс-Ройсов» у закона найдётся стальная рука.

Зуокас не уточнил, всерьёз ли он намерен применять именно такой способ борьбы с теми, кто паркуется на велосипедных дорожках, на тротуарах и местах для инвалидов. Раздавленный в клипе «Мерседес» был приобретён специально для съёмок. Однако инициатива уже нашла поддержку у соседей: мэр Риги в своём Твиттере полностью поддержал коллегу и пообещал найти танк побольше.

Xəbərin ünvanı — http://ru.euronews.net/2011/08/03/justice-overdrive-mayor-crushes-illegally-parked-car

Mövzuya dair forumda müzakirələr ↓
Tank fenomeni. Vilnus.

Rəy əlavə edin

Guardian

Belə yerdə deyirlər tanknan üstünnən keçərəm ))..Mənə bilirsiz nə gülməli gəldi??, maşın sahibinin maşını o halda görüb pultu basması ))..Bu qurmadır sadəcə belə deyək, Merin şəhərdə velosiped sürənlərin sayını artırması üçün qurlaşdırılmış bir videodur.Özünüz fikiirləşin Hacıbala müəllim tanknan gəlir maşınınızın üstünnən keçir..Necə olarsız??)) Merin üzünü cırarsız, yosa çox sağ ol Mer sən düzsən ,yaxşı edibsən onsuzda velosiped alacaqdım, deyib getmək???Türklər demiş, Asla )))

Ancaq çox istəyərdim Hacıbala müəllimin də, belə tankı olaydı.Ən azından Arxasında “Yolunu paylaş” kimi köynəkləri geyinməzdik.)) Odur ki,dostlar velosiped sürün, bəlkə bu Meri yaxşı işlədiyi üçün,Bakıya ezam göndərdilər.Bilmək olmaz ))

P.s Elan:Əyər velosiped sürə bilmirsinizsə və yaxud velotəlimlərə qatılmaq istəyirsinizsə Təlimlər Şənbə (10:00-12:00) və Bazar (11:00-13:00) günləri keçirilir.Ancaq gedib sorğudan keçməlisiniz. “United Sport” şirkəti “Yaşıl Velosipedçilər Klubu”na velotəlimlərin keçirilməsi üçün öz dəstəyini göstərərək iki ədəd SCOTT markalı velosiped təqdim edir. Bununla da Bakıda keçirilən təlimlər zamanı velosiped çatışmazlığı məsələləri qismən də olsa həll olunub.Əlaqə nömrəsi Hüseyn Paşayev (051 904 37 01) (Qeyd edim ki xidmətlər təmənnasızdır)..Yaşıl Velosipedçilər Klubunun üzvüyəm Gəncə Şəhəri üzrə..Uğurlar ))

4 August, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom