Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan sayağı “Qədr” gecəsi

Qədr gecələrinin birində yaxınlarla yatmayıb, məsciddə dua etmək qərarı verdik. Bir neçə məscidə baş çəkdik — bağlı oldu. Yolumuz düşdü Nizami metrosu yaxınlığındakı məscidə. Məsçid ətrafında kifayət qədər çox adam toplaşmışdı. Keçdik içəri. Məscidin içi də demək olar ki, insanla tam dolmuşdu. Amma bu “dolmanın” dinə-imana heç bir aidiyyatı yox idi. Allaha ibadət üçün yığışan bəndələrin 90%-i dua etmək əvəzinə öz aralarında deyib-gülüb, söhbətləşirdilər. Mənə elə gəldi millət çayxana ilə məscidi səhv salıb, nəticədə elə məsələnin belə olduğu ortaya çıxdı (buna qayıdacam). Dediyim kimi, hərə öz işində idi — kimisi burnunu qurdalayır, kimisi qaqqıltı ilə gülür, kimisi ölkədəki siyasi-iqtisadi durumu müzakirə edir, kimisi də dizi üstə oturub surikatlar fason ora-bura boylanırdı. Mənim qonşum isə ayaq barmaqlarının arasında nəsə tapmışdı, yaman eşələyirdi. Tək-tük insan tapılardı ki, kənara çəkilib duasını etsin.

Məyusluq bununla bitmədi — məscid boyu salınmış və üstündə namaz qılmaq üçün nəzərdə tutulan xalçalarda 3-4 ayın tozu-torpağı var idi. Təsəvvür edin, insan hər səcdəyə getdikdə yarım ton toz udmalıdır. Yəqin məscidin işçilərinə adi tozsoranla bir dəfə də olsun bu xalçaları təmizləmək “zapodlodur”. Natəmizliyin digər göstəricisi — insanların hərəkəti üçün xətlərin qoyulmaması idi — oturub dua edirsən, birdə gördün sən səcdə edən yerə (alın qoyulan yer) kimsə kirli ləpə ayağını basıb keçdi.

Nəsə, duamızı edib çıxdıq çölə — bax indi anladım ki, insanlar bura elə çay üçün gəlibmiş. Həyətdə çay ehsanı verilirdi. Fərdi eqoizmdə analoqu olmayan xalqımız bir stakan çay üstündə canını belə fəda etməyə hazır idi. Növbəyə durub, gözləyib, nəhayyət həsrətində olduğu o bir stakan çayı alıb böyük bir qənimət sayaraq vururdular bədənə…

Beləcə Qərd gecəsi də keçdi…

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan sayağı “Qədr” gecəsi

Rəy əlavə edin

Ali

Ne Deyim Valla 1 Sozum Var ALLAH Herweyi Gorur Ibadet Edenide Edmeyenide Kim Ne Edir Edsin

27 August, 2011

Aygun Rashid

obidno…(

20 October, 2011

Tural

Salam alleykum qardash bu mesele cox zaman olur geride qoydugumuz “Tasua” gecəsi mən həmin vəziyyətin Nardaran pirində shahidi oldum.Əhalini coxlugundan asli olmayaraq hec olmasa həmin gun məscid gucləndirilmish rejimdə ishləməlidir nəzarətçilərin sayı artırılmalıdır.O ki qaldi qədr gecəsinə həmin gecə əhali o qeder de cox olmur yalniz dindar insanlar məscidə gəlirlər və səhərə yəni ki subh namazina qədər namaz qilib Allaha dualar edirlər.Bir muselman olarag mene tesir edən odur ki istər “Aşurada” istərsədə digər dini mərasimlərdə əsasən gənc nəsil bir növ gəzməy və yaxud vaxtını keçirməy məqsədiylə gəlir və ibadət emək istəyən insanlara da mane olurlar. Qardash sene meslehetim inshallah gələn il qədr gecələrində ibadət etmək istəsən Buzovna və yaxud Maştağa tərəflərə gəl burada ibadət əhli çoxdu məscidlərə də nəzarət çox güclüdür.Allah köməyin olsun.

20 December, 2011

Analoqu olmayan “tolerantlıq” : Meqale.net

[…] Azərbaycan sayağı “Qədr” gecəsi […]

7 September, 2012

21 Dekabr “Qiyamət gününə” həsr olunmuş post | Meqale.net

[…] Azərbaycan sayağı “Qədr” gecəsi […]

20 December, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom