Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Professorlar ölkəsi!

Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır. 

Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 8 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!

PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir.

Mövzuya dair forumda müzakirələr ↓
Professorlar ölkəsi!

Rəy əlavə edin

Qurbagha

O 1800 “professor”dan toplasan, vursan, en choxu 20 dene savadli insan tapa bilersen, onlarin da hamisi da elme analoqu olmayan destey neticesinde ayda 200 manat maasha baxirlar. qalanlar ise elmler akademiyasinda, laboratoriyalarinda oturub chay vururlar. 😀

16 October, 2011

Bəhmankəs

Univermağda bir dekan var Kamil (İqtisadiyyat)(Sumqayıt Dövlət Univermağı) guya Rusiyada doktorluq alıb, rus dilində normal danışa bilmir.

17 October, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom