Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Qarabağ münaqişəsi. Rus millətçiliyi. İsrail.

2 həftədən çoxdur ki, bloqa vaxt ayırmağa vaxt olmadı. Səbəblər bir neçədi — əsası — bədlik tutub məni, ya dırnağım əzilir, ya da əlimə dəmir batır (!). Keçirəm mətləbə — son dövrlər Qarabağ məsələsinin həlli, Rus millətçilərinin aktivləşməsi, İsrailin İrana hücumu və sair kimi xəbərlər çox aktualdır. Əslində bütün bu hadisələr bir-birinə bağlıdır. Necə?! Gəlin təhlil edək.

Rus İmperiyası süqut dövrünü yaşayır. Sosial haqsızlıqlar, demoqrafik fəlakət, rüşvət… Digər tərəfdən isə hələ də imperiyanı süqutdan xilas etmə cəhdləri. Rusiyanın mövcud siyasi elitasının apardığı hal-hazırki siyasət bunu nəzərdə tutur — nəyin bahasına olursa-olsun, Rusiyanın ömrünü uzatmaqdır.

Heç kimə sirr deyil ki, Rusiyanın süqutu Qafqazın itirilməsindən keçir. Məhz o səbəbdəndir ki, regionumuzda baş verən hadisələrə minimumdur müdaxilə etmə imkanımız var. Bu yaxınlarda Rusiyanın məşhur siyasi analitiklərindən biri Aleksandr Duqin Rusiyanın Qafqazı saxlama planını açıqlayıb — Rusiya süqutunu gecikdirmək üçün mütləq Qarabağ probleminin həll edilməsinə yol verməməlidir! Analitikin gəldiyi nəticəyə görə Qarabağ münaqişəsi həll edildikdə münaqişə tərəfləri avtomatik olaraq “Qərb yönümlü” olacaq, bu isə növbəti münaqişə zonasının Rusiya sərhərləri ətrafında deyil, Şimali Qafqaz torpaqlarında baş verməsinə gətirib çıxaracaq. Qafqaz xalqlarının çılğınlığını nəzərə alsaq, növbəti İçkeriya, İnquşetiya qaçılmazdır. Deməli bizim Qarabağı öz gücümüzə həll etməyimizə dair xülyaya bir quş — nə qədər ki, Rusiya mövcuddur, bu münaqişənin həlli mümkünsüz görünür, əlbət möcüzə olmasa.

Cənab Aleksandr Duqinin müsahibəsini təqdim edirəm:

Sual oluna bilinər, bəs Qərbin Rusiyanı dağıtmaqda məqsədi nədir?! İlk öncə Rusiyanın sahib olduğu tükənməz təbii ehtiyyatlar. Digər bir versiyanı isə həmyerlimiz və Rusiyanın çox tanınmış siyasi mülahizəçilərindən biri Heydər Camal səsləndirir — Rusiyanın dağılması əslində İsrailin marağındadır.

İş ondadır ki, İsrail dövləti hal-hazırda böyük dövlətlərin dotasiyaları hesabına mövcudiyyatını davam etdirir. Amma Qərb iqtisadiyyatının zəifləməsi ilə bu dotasiyaların da həcmi azalmaqdadır. Bu azmış kimi, İkinci Dünya müharibəsinin nəticələrinə əsasən imzalanmış və Almaniyanı hər il İsrailə külli miqdarda pul ödəməyə məcbur edən sövdələşmənin də müddəti bitməkdədir. İsrail xarici dotasiyasız, köməksiz çox yaşaya bilməz. Burada isə növbəti plan işə düşür — yahudilərin Rusiyaya kütləvi köçü.

Məhz yuxarıda sadaladığım səbəbdən qaynaqlaraq hal-hazırda Rusiyada millətçilik ifrat həddə çatıb. Məqsəb — Qafqazın Rusiyadan ayrılmasına nail olub, qalan Rusiyanı bölüb rahatca orada yerləşməkdir. Niyə məhz qafqazlıları?! Çünki çılğın xarakterli bu etnosu (millətləri) idarə etmək qeyri mümkündür — onların nazı ilə oynamaqdansa, buraxırlar onları baş-başa, qoy müharibələrini etsinlər, özləri isə Rusiya ərazisində unutar, ambisiyasız İsveçrə sayağı dövlət yaradırlar.

Cənab Heydər Camalın müsahibəsi:

Camal bəyin sözlərinə qüvvət — Rusiyada fəaliyyətdə olan demək olar ki, bütün millətçi qüvvəllərin başçıları yəhudi əsillidir və ya İsrail vətəndaşlığı var. Məhz bu qlobal planın tərkib hissəsi kimi bu yaxınlarda növbəti yəhudi — Rusiyanın məşhur siyasi tok-şou aparıcılarından biri Solovyevin Azərbaycana qarşı təhqiramiz sözlər istifadə edib, millətçiliyi qabardıb, guya rus xalqı adından danışmasını qeyd etmək olar.

Solovyev erməni və yəhudi əsilli AvtoVAZ rəhbərliyinin Azərbaycana buraxılmamasına dair fikir bildirib, xalqımızı iqrçilərə və faşizmə xas sözlərlə təhqir edib. Əminəm ki, onun özünə bu tip sözlər deyilsəydi, çoxdan o adamı antisemit adlandırıb basmışdılar türməyə…

Yəhudi Solovyevun radioda irqçi çıxışı. Axıra kimi dinləyin:

Camalın sözünə qüvvət isə yəhudi rahibindən gəldi. Rahibin sözünə görə — sən demə indiki Rusiya qədim yəhudi torpaqlarıdr! (Ermənilərin yeri məlum) =)

Gördüyünüz kimi Rusiyada bütün irqçi, millətçi çıxışların arxasında yəhudi millətindən olan insanlar dayanır. Yəhudilərin isə böyük Sion layihəsindən yəqin xəbəriniz var. Artıq Sion gerçəkləşməkdədir — bütöv dövlətlər ya bir iki qruplaşmanın girovuna çevrilir, ya da zorla ələ keçirilir — təsəvvür edin o boyda İspaniya, Portuqaliya, Yunanıstan iqtisadiyyatının 95% xarici və ölkəyə heç bir aidiyyatı olmayan investorlara məxsusdur! İqtisadiyyatı ələ keçiriləcək növbəti ölkə İtaliyadır. Təsmilçi oyuna ehtiraz edənlər isə həmən “demokratik” kütləvi informasiya vasitələri vasitəsilə xalq düşməni elan edib, məhv edirlər. Bu halda zorla ölkəni ələ keçirmə prosesi baş verir. Bunun şahidi — Əfqanıstan, İraq, Liviya hadisələrində olduq. Növbədə Suriya və İrandır.

Digər tərəfdən bu proseslərə sırf Azərbaycan maraqlarından yanaşdıqda — bu olayların bizə xeyri də dəyə bilər — Rusiya dağıldığı halda ölkədə demokratik qüvvələr hakimiyyətə gəlir, Qarabağ münaqişəsini həll etmək şansımız yaranır, Türkiyə geopolitik məkanda daha da güclənir. İnşallah xeyirlisi.

Mövzuya dair forumda müzakirələr ↓
Yəhudilər lənətlənmiş millətdirsə… ?!

Rəy əlavə edin

Ilqar

Qaqas fikirlerini bolusurem halaldi Israilnen maraqlarimiz ortaqdi

29 November, 2011

Bakili

Umumiyyetle dunya muharibeleri 2 yerden goturulur. Balkanlar ve Kavkazdan. USA – ya da, Israile de ve Turkiyeye de serf edir Qarabagin Azerbaycanda olmasi. Ondan elave eger Suriya doyuwculeri Bewer Esedi devirseler, Suriya dovleri 3 hisseye bolunecek. Weieler yawayan hisse, sunniler yawayan hisse ve kurdistan dovleti. Turkiye ile serhedde, sunni ve ya wielerden ibaret qorunan “bufer” zonasi yaranacaq. Men ele duwunurem ki, sunnilerden ibaret olacaq. Burada Turkiyenin boyuk menfeeti var. Bunlar baw verenden sonra, Turkiye dovleti loru dilde desek, tirkalayib turkleri gonderecek kurdlerin ustune. Su’ni wekilde, qisa muddetli ve widdetli vetendaw muharibesi salacaq Turkiyede. Kurdlerin bir coxu Turkiyeni terk edib kurdistana uz tutacaqlar. Bundan elave Suriyanin dagilmasi USA-ya cox serfelidir. Suriya hal hazirda Iranin sonuncu ve yegane soyuznikidir! Suriya cokenden sonra Iran qalacaq tek tenha. USA ve Evrosoyuz cox bicdiler. Gurcustanda coxlu sayda hospitallar tikibler Iranda yaralana bilecek esgerleri ucun, Azerbaycanda kohne aerodromlari kiraye aliblar, teyyarelerinin zapravkasi ve te’mirleri ucun, Rusiyada erazi aliblar Irana raket zerbeleri endirmek ucun, Qirgizistanda bazalari var, oradan da vura bilerler Irani. Hele ereb dovletlerini demirem. Bahreynde avianosetsleri durub ki, adam baxanda tukleri urpewir. Iran hede qorxu gelir ki, raket atewine tutacam bazalarini Amerikanin. Men ele duwunurem ki, Iranin 1 raketi bele hedefe catmayacaq. Amerikanin her yerde EVRO PRO – su var. (Raket eleyhine mudafie) Iran sadece bow bogazliq edir.
Azerbaycan bildiyimiz kimi, Rusaya Qebeledeki RLS-i kiraye vermekden imtina etdi. Bunun sebebleri coxdur. Ilk novbede Azei dovlet bawcilari ele etdiler ki, Azerbaycan Qebele RLS-ini Rusiyaya vermemesini Rusiya Qarabagla elaqelendirdi. Amma eslinde bu bele deyil. Qarabag artiq hell olunmuw problemdir. Her terefli. Ister silah novleri, saylari ve bu silahlardan istifade eden professionallarin sayi ile, ister insan faktorlari ile, ister dunya arenasinda Azerbaycanin sozukecerliyi ile, ister BMT-nin derc etdiyi 4 rezolyusiya ile, ister dunya derjavalarinin Azeriyonemliliyi ile.. Saymaqla bitmir ve bitmez de. Arada 1 problem var. Hal hazirda Rusiya daxilinde muselman ve qeyrimuselman dovletlerini, gelecek Rusiya daxili muharibeye hazirlawdirirlar. Artiq bilirik ki, Rusiya Amerikaya ve onun soyuzniklerine Irani raketle vurmaga yer verse de bele, duwunur ki, Irandan sonra novbe Rusiyanindir. Ona gore de ehtiyyatini saxlayir. Nece deyerler, canavarla dostluq et, ancaq comagi yere qoyma. Bu sebebden de, Rusiyani, Rusiyadaxili milletlerin eliyle mehv etmek isteyirler. INWAALLAH elede olar. Niye bele deyirem? Cunki Rusiya bize hec vaxt dost olmayib. 1828 ci ilde torpaqlarimizi boluwduler oz aralarinda Iranla, dovletimizde ermenistan yaratdilar, 1990-ci ili hami xatirlayir ele duwunurem. Qarabagi elimizden aldilar, ancaq saxlaya bilmirler. Tarixde cox faktlar var ki, Rusiya dovleti tarix boyu bizim uzumuze gulub, ancaq duwmencilik edib. Rusiyadan bawqa, Iranida once oz icinden vurmaga caliwacaqlar. Nahaq yere Amerikanin kongresinde Iranin Azerbaycan torpaqlarini Azerbaycanin idaresi altina donmesini muzakire etmirler ki?! Ilk meqsed Azerbaycanlilari qiciqlandirmaqdir. 30 milyonluq ehalini eger ayaga qaldirsalar, Iranda qandan ibaret caylar axacaq, ancaq Iran cokecek. Azerbaycanlinin vetenperverlik pristupu pis olur. Tutdusa, ALLAH ozu qorusun hami)))Aciqi men ozum bu yaxinda mualiceye getmiwdim Irana. Fars milletine nifret etdim. Cox eclaf qeribe milletdirler farslar. Azerbaycanlilara turk deyirler. Ermenilere qardaw kimi baxirlar, Azerilere duwmen kimi. Cox qorxurlar ki, Iran Azerileri ayaga qalxarlar.
Biz dostlarla bir ara Iran Amerika muharibesinin ssenarilerini yazirdiq. (Zarafata) Ancaq gozel ssenariy alindi.
“Amerikanin Irani vurmasinda 1 ay qabag, ermenilerin soyuznikleri olan Rusiyada muselman dovletleri ve fransada turk ve diger muselman milletleri bawlayirlar vetendaw muharibesine. Guclu ve widdetli muharibe gedir. Rusun bawi ozune qariwib. Iranin soyuzniki olmadigindan ve hec kimden komek gozlemediyinden ozu hazir veziyyetde qiragnan hucum gozleyir. Ancaq vetendaw muharibesi bawlayir. Azeriler Irandan ayrilib Tebriz qariwig Azerbaycana birlewmek isteyir. Iranda qirginlar gedir ve serhedde ozbawinaciliq oldugundan Amerika ve Israil oz soyuznikleri ile, Irana kullu miqdarda Azerbaycandan silah yollayir Iran Azerilerine. Ve buna baxmayaraq Amerika goyden Farslarin tepesine demokratik bombalar endirir ki, az da olsa demokratiklewsinler. Bu basa-basda, Azerbaycan ermeninin tek qalmasinda istifade ederek (Soyuzniklerinin bawlari ozune qariwiq oldugundan) hucum edir Qarabaga. Gurcustan Osetiyaya ve Abxaziyaya. Arada bir ermeniyede baw cekir. Cunki 2008-ci ildeki Rusiya ilee Gurcustan arasindaki muharibedee ermenistan Rusiyanin terefini tutmuwdu ve gurcu xalqinin ustune silahla getmiwdi. Bundan daa elave, Turkiye dozmeyib 1 560 986 behane ile hucuum edir ermenistana. Esasen de gizletse de, Turkiyenin yegane meqsedi ermenistanin arxivleridir. Arxivlere nail olduqda, Turkiye xalqi genosid olmayibsa, bunu dunyaya subut edib ermenileri rezil edeecek, olubsa da, lazimi senedleri mehv edib temize cixacaq. Her iki variantda da Turkiyeye ugurlar 🙂 Muharibenin sonunda ne elde etmiw olur butun region?
1. Rusiyanin terkibinden Dagistanin, Kabardina-Balkariyanin, Inqusetiyanin Kalmikiyaanin ve Cecenistanin cixib, azad dovlet olmasi
2. Azerbaycanin Tebrizden tutmuw, Irevana, Derbende qeder qaytarilmasi
3. Gurcustanin Osetiya ve bxaziyani qaytarmasi
4. Ermenistani rezil, muflis olmasi ve xeriteden tamami ile silinmesi
5. Amerikanin regionda ozmovqeyini tamamile mohkemletmesi.
6. Amerika, Israil ve onlarin soyuzniklerinin Azerbaycanin hazirda elde etdiyi, (kecmiwde itirdiyi) torpaqlari ve Azerbaycanin butovluyunu tanimasi
7. Ve nehayet, Azerbaycanin bu regionda Amerikanin filiali olaraq qalmmasi (Regiondaki butun dovletler Azerbaycana, ve zerbaycan ise oz novbesinde merikaya tabe olmagi)
Ve bir mudetlik (namelum vaxtliq) sakitcilik ve ekonomikanin qalxma prossesi bawlayacaq. Sonra Novbede Wimai Koreya ve Cin (Kitay) var”

23 August, 2012

Meqale.net ++ Analoqu olmayan qorxaqlıq

[…] Qarabağ münaqişəsi. Rus millətçiliyi. İsrail. […]

30 November, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom