Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Ümumbəşər itki…

Dünyanın təməlini sarsıdacaq bu bəd xəbər məni yarı oyaq, isti posteldə uzanıb Reeder-lə RSS Feedləri oxuyarkən haqladı. Bir anda sanki dünya dayandı. Canlı əfsanə, ümumbəşər, ümuminsan və ümumheyvan bir məxluq artıq həyatda yox idi…

Nə qədər ağrılı, acılı olsa da — uşaqlıq xatirələrimizə əbədi həkk olunmuş dahi aktyor Çita artıq həyatda yoxdur. Uşaqlıq xatirələri… Onun ulu və uzaqgörən əməlləri yalnız bizim uşaqlıq xatirələrimizlə bitəcək qədər az deyil, o həmçinin bir çoxlarına örnək ola biləcək şanlı həyat yaşadı. Çita sözsüz ümumbəşər səviyyəli aktyor idi, məhz onun tükənməz kimi görünən əməyi nəticəsində kolxoz Hollivud ilk dəfə filmlərdə heyvan personajlardan kommersiya baxımında uğurla istifadə etdi. Bu isə minlərlə heyvanın üzünə yeni perspektivlərin, uğurlu gələcəyin açılması deməkdir.

Ağır itkidir. Deyilənə görə Şimali Koreyada bu xəbəri 2 qat ağır zərbə sayıb (Kim Çen İrin ölümündən sonra), 2-ci kruq ağlaşma qurublar.

Bizim millət isə burada da öz biganəliyini göstərməkdədir. A balam, nətəhər olur xalqına qan uddurmuş diktator Qəddafi tələf olanda yas mərasimləri qurulub, ehsan verilir, bu boyda kinomotoqrafiya dahisi vaxtsız (80 yaşında) əldən gedib, amma bir nəfər də olsun ehsan bir yana, adi “nezirskiy” konfet paylamır?!

Sağol Çitacan!

PS. Beyni 2 neyron birləşməsindən ibarət olan və rəylərdə özünə əl qatacaq amebaların nəzərinə — yazı yarı-gerçək ironiya ilə yazılıb.

Yazı həmçinin yayımlanır:
FOXnews.az — Ümumbəşər itki… 
Forum — Ümumbəşər itki…

Rəy əlavə edin

Daisyell

Каждый раз проходя мимо объявления «с животными не входить» на двери магазина, стоишь и думаешь: «И почему меня туда пускают?» (c)

28 December, 2011

Elşən İmaməliyev

Hörmətli həmkarım! İnanın ki, sizin yazılarınıza valeh olum. Facebbokda flaşmobla bağlı yazınızı paylaşan yoldaşlara minnətdaram. Sizə də ayrıca olaraq minnətdaram. Nə gözəl ki, sizlər varsınız.

22 May, 2012

Ümumbəşər itki… : Meqale.net

[…] Pərvin Şükürzadənin bloqu […]

3 September, 2012

Eləddin

Salam.
Sən dəqiq bilirsənmi ki,Qəddafi xalqına qan uddurub.Bəlkə o başındakı neyronlarını hərəkətə gətirib Qəddafi zamanındakı və indiki Liviyaya bir nəzər edəsən.

7 December, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom