Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Bütün dünya türkə qarşı!

Türkiyənin son dövrlər güc mərkəzinə çevrilməsi Qərb dövlətlərini narahat etməyə bilməzdi. Düzünü desəm, mən çoxdan onlardan Türkiyəyə qarşı təxribat axınını gözləyirdim, budur, nahayət iyrənc qərb siyasəti öz simasını göstərməyə başladı. Qurbağa yeyən fransızların qondarma soyqırım layihəsindən sonra indi də Hollandiya parlamentindən təmsil olunan bir necə ultramillətçi Türkiyənin NATO sıralarından xaric edilməsinə dair imza toplama kampaniyasına başladılar. Səbəb – guya Türkiyə öz partnerları olan Fransa və İsrailə qarşı özünü adekvat aparmır. Yəqin bunlar qırmızı zanbaqlar küçələrinin birində hallanıblar, yoxsa bu lap “qara məni basınca, qoy qaranı mən basım” prinsipi oldu…

Bura İsrail Knessetinin “soyqırımı” tanımaq cəhdini də gəlsək əmin ola bilərik ki, bütün bu təpkilər bir mərkəzdən idarə olunur. Qərb siyasətinin mərkəzin isə harada yerləşməsi hər kəsə məlumdur.

“Türkiyəni sığışdırma” mərkəzin ABŞ olmasına dair daha bir dəlil ABŞ Konqresmenlərinin Türkiyəyə strateji silah satışının qadağa edilməsinə dair çağırış etməsidir. Burada da səbəb eynidir – guya Türkiyə Fransanı, İsraili, həmçinin “ağlar” Ermənistanı incidir! Bütün bunlara baxmayaraq, hələ də bəzi dairələr “vurma” mərkəzinin ABŞ-da olmamasını israr edirlər. Bu da digər məlum gözdən pərdə asma prinsipinə bənzəyir – filankəs özü yaxşıdır, ətrafı isə pis…

Tanrı Türkü qorusun!

Yazı həmçinin yayımlanır:
FOXnews.az — Bütün dünya türkə qarşı
Forum — Bütün dünya türkə qarşı!

Rəy əlavə edin

füzuli

Türkiyə siyasi doktrinası Böyük Yaxın Çərqdə və müsəlman ölkələri arasında onun sözsüz liderliyini müəyyən etdiyi üçün Ərdoğan höküməti, bu regionda ona baş rəqib olan İsraillə məcburi münaqişəyə girməli oldu. İnşaallah, yuxarıda göstərdiyim nəticəyə çatdıqdan sonra Türkiyə İsraillə əlaqələrini normallaşdıracaq. Türkiyənin regionda liderlikdə 2-ci rəqibi isə İrandır. Suriyanın indiki rejiminin İran təsirindən tam azad, Türkiyə maraqlarına cavab verəcək bir rejimlə əvəz edilməsi öncə göstərdiyim məqsədlərlə bağlıdır.

9 March, 2012

füzuli

Qərb ölkələrində, birinci növbıdı isı Avropa İttifgaqinda Türkiyıyı ögey, yağı münasibıtin baş səbəbləri aşağıdakılardır: Qərb (xristyan) ölkələrində durmadan demoqrafik tənəzzülün müqabilibdə Türkiyə əhalisinin, o cümlədən, bu ölkələrdə yaşayan türklərin və digər müsəlman əhalinin müntəzəm artması, Türkiyənin regional (Böyük Yaxın Şərq, Qafqaz, Qara dəniz hövzəsi, Aralıq dənizi hövzəsi, Balkanlar…) siyasətdə müstəqil siyasi xətt götürməsi. Qalan səbəblər ya bu ikisindən doğur, ya da hər-hansı qısa müddətli məqsədçün süni olaraq ortaya atılır.

9 March, 2012

Eləddin

Ümum Türkiyəni deyə bilmərəm,amma Ərdoğan hakimiyyəti elə İsrail və ABŞ dəstəyi ilə hakimiyətini sürdürü və Ərdoğanı müsəlmanlar arasında “İslam-türk qəhramanı” rolunda oynadırlar.Və onun vasitəsiylə Ərəb Baharında müsəlmanları siaysi arenada “gözlü kor” vəziyyətinə saldılar.

7 December, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom